Krımın işğalından Suriya müharibəsinə: Qazaxıstana yeridilən qoşunların tərkibi
Qazaxıstana KTMT-nin "sülhməramlıları" adı altında daxil edilən qoşun rəsmi məlumata görə 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçisi, 150-200 Belarus hərbçisi, 200 Tacikistan, 150 Qırğız hərbçisi, qalanları rus hərbçisidir; Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb;
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Rusiyanın "sülhməramlı missiyasında" təmsil olunan hərbi qüvvələr əvvəllər müxtəlif hərbi əməliyyatlarda iştirak edib.
31-ci hava-desant briqadası: 2013-cü ildən Çevik Hərəkat Qüvvələrinin tərkibinə daxil olan briqada 2008-ci il II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Rusiya Müdafiə Nazirliyinin saytında isə briqadanın "sülhməramlı missiya" üzrə ixtisaslaşdığı bildirilir. Briqada Bosniya müharibəsi zamanı humanitar karvanları müşaiyət edib.
98-ci hava-desant diviziyası: diviziyanın hərbçiləri 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziya münaqişə zonasında və 1999-cu ildə Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib. 2014-cü ildə diviziyanın hərbçiləri Donbas müharibəsində separatçılara dəstək verib. Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb, lakin Rusiya tərəfi bunu təkzib edib və qeyd edib ki, "hərbçilər sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçiblər". 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.
45-ci hava-desant xüsusi qüvvələri: Rusiya ordusunun ən elit bölmələrindəndir. Birinci və ikinci çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır. Bu briqadanın əsas vəzifəsi kəşfiyyat və diversiya əməliyyatlarının aparılmasıdır.
Belarus Xüsusi Əməliyyat Qüvvələrinin tərkibinə daxil olan 103-cü birqadanın 150-200 hərbçisini, Qırğız Respublikası "Əqrəb" xüsusi təyinatlı qüvvələrinin 150 hərbçisini göndərib. Ermənistan və Tacikistanın hansı bölmələri göndərdiyi dəqiq məlum deyil. Bu ölkələrin də xüsusi təyinatlı qüvvələr göndərdiyi ehtimal edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü





