Neft və qaz

Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır

25 Fevral 2021 09:50
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,65 ABŞ dolları və ya 2,53% artaraq 66,77 dollar təşkil edib.

Xatiqladaq ki, ötən həftə ərzində (15-19 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,15 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,13 dollar və ya 3,4% çoxdur. Həftə ərzində ən yüksək göstərici (IV gün) - 64,78 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 63,68 dollar səviyyəsində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.