Gəncədə benzin qıtlığı var? - Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncədə yanacaq probleminin olması ilə bağlı iddialar yayılıb.
Milli.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya özəl yanacaqdoldurma məntəqələrində çalışan əməkdaşlar bildirib.
Onların sözlərinə görə, hazırda Gəncə və ətraf bölgələrdə benzin ve solyarka qıtlığı mövcuddur: "Benzin tapmaq olmur. Artıq bəzi yanacaqdoldurma məntəqələri benzin satışını dayandırıb".
Bununla yanaşı, Gəncə şəhərində yerləşən 6-saylı Gəncə Neft Baza Sahəsinin əməkdaşları da, eyni şikayətlə saytımıza müraciət ediblər: "Təxminən 1 aya yaxındır, yanacaq yoxdur. Bununla bağlı dəqiq məlumat bildirilmir. Baza hazır vəziyyətdədir və yanacağın qəbulunda heç bir problem yaşanmır. Əslində benzin qıtlığının səbəbi onun daşınmasındadır. Və bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC yükdaşınması aradan qaldırmalıdır".
Gəncədəki yanacaqdoldurma məntəqələrində solyarka qıtlığının olması ilə bağlı problemi aydınlaşdırmaq üçün "SOCAR Petroleum"la əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yanacaqla bağlı şirkət tərəfindən hər hansı çatışmazlıq yoxdur: "Bütün neft bazası sahələrini və yanacaqdoldurma stansiyalarını tam təmin edəcək miqdarda yanacaq ehtiyatı var.
Hazırda daşınma ilə bağlı müəyyən problem yarandığından bölgələrə yanacaq təchizatında müvəqqəti fasilə yaranıb. Problem aradan qalxdıqda bütün bölgələrimizdə fəaliyyət göstərən NBS-lər yanacaqla təmin ediləcək.
Qeyd edək ki, daşınmalar "SOCAR Petroleum" tərəfindən həyata keçirilmir. Xatırladaq ki, hazırda sahibkarlar Bakı şəhərində yerləşən 1 və 22 saylı neft bazası sahələrindən yanacaq əldə edə bilərlər".
Yanacaqdoldurma məntəqələrindəki əməkdaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə də (ADY) sorğu ünvanladıq. Qurumdan verilən cavab isə belə oldu: "ADY daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün bütün resurslara malikdir. Sifariş olduğu təqdirdə müvafiq qaydada icra olunacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Ağcabədidə ağır yol qəzası - İki qardaş öldü - (Foto)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu





