5 ən yaxşı Android brauzer
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyimiz kimi Android ƏS-nin tətbiq ekosistemi çox genişdir. Bu genişlik o həddə çatır ki, artıq bir-birinin kopyası olan tətbiqlər və çoxlu alternativlər arasında seçim etməyə məcbur qalırıq. Ona görə də, Biz Technote olaraq, hər həftə sizlər üçün 5 ən yaxşı və funksional tətbiqləri seçirik. Belə ki, bu tətbiqlər yaxşı optimizasiya edilmiş, az RAM istifadə edən və ideal funksiyalara malik tətbiqlər olmasına xüsusi diqqət edirik. Bu həftəki seçimimiz isə "Browsers" və ya öz dilimizdə desək "Brauzerlər".
Browser (Brauzer) internetə və saytlara girməyiniz üçün lazım olan tətbiqlərə verilən addır.
Milli.Az technote.az-a istinadən bildirir ki, seçdiyimiz brauzerlər maksimum dərəcədə yüngül, az RAM ehtiyacı olan və telefona ağırlıq etməyən tətbiqlərdir. Ayrıca siyahıda olan hər tətbiqi Play Store-dan asalıqla yükləyə bilərsiniz. O zaman tətbiqlərimizə keçək.
1. Chrome
Hər telefonda standart olaraq gələn bu tətbiq demək olar ki, web saytları mobil cihazlardan ən uyğun və sürətli şəkildə yükləyən alqoritmlərə malik tətbiqdi. Siyahının 1-ci yerinə qoymağımıza səbəb bir çox saytların bu tətbiq ilə daha uyğun işləməsidir. Lakin qeyd etməliyik ki, tətbiqin bir çox mənfi cəhətləri var. Belə ki, tətbiq digər rəqiblərindən funksionallıq və optimizasiya cəhətindən geri qalır. Digər tətbiqlərdə olduğu kimi AdBlock, VPN, Gecə Modu ( Night Mode) və s. kimi funksiyalardan məhrumdur. Ayrıca çox RAM istifadə edir və bəzi telefonlarda qızmaya səbəb olur. Ayrıca digər tətbiqlər ilə müqayisədə batareyanı daha tez bitirir. Amma qeyd etdiyimiz kimi, ən stabil və sürətli şəkildə internetdə gəzmək üçün ideal bir tətbiqdir. Meqabayt ilə internetə girən istifadəçilərə məsləhət görülmür.
2. Opera
Opera brauzeri uzun illərdir ki, kompüter işlədən istifadəçilərin də sevimlisi olmuş bir tətbiqdir. Son illərdəki yeniliklər ilə həm kompüter tərəfdən, həm də mobil tərəfdən bir xeyli uğur qazandı. Chrome-dan sonra ən stabil internet gəzintisini təmin edən və funksionallıq, həmçinin az RAM və bateraya sərfiyyatı ilə siyahımızda 2-ci yeri tutmağa layiq oldu. Tətbiqdə bir çox funksiyalar, AdBlock, Offline gəzinti, Tərcümə dəstəyi və s. var. Ayrıca Chromium 61 bazası üzərində qurulduğu üçün Chrome tətbiqi qədər sürətli və stabil internet gəzintisini təmin edir. Qeyd edək ki, Opera Mini adlı bir başqa versiyası daha var ki, MB istifadə edərək internetə girən istifadəçilərimizə məsləhət görülür.
3. Mozilla Firefox
Firefox brauzeri də həm kompüter, həm mobil tərəfində özünü isbat etmiş tətbiqlər sırasına daxildir. Firefox-un ən üstün cəhətləri estetik olaraq bir çox dəyişiklik etməyə imkan verməsidir. Ayrıca Add-on dediyimiz əlavə paketləri ilə digər tətbiqlərdən bir xeyli fərqlənir. Quantum adı verilən yeni alqoritm hesabına Firefox-un saytları daha sürətli yüklədiyi artıq hamıya məlumdu.Ayrıca siyahıdakı təklükəsizliyi təmin edən ən yaxşı tətbiqdir. Lakin digərlərinə nisbətən ağır tətbiqdir. Saytlari sürətli açsa belə tətbiqin özü biraz yavaş işləyir. Wi-Fi ilə saatlarca internetdə gəzən istifadəçilərimizə məsləhət görülür.
4. UC Browser
UC Browser tətbiqi estetik olaraq ən gözəl görünən və rəngarəng dizayna malik olan tətbiqdi. Belə ki, Facebook, Instagram ilə xüsusi inteqrasiyaları mövcuddur. Funksionallıq olaraq da, AdBlock, Data Savings (Saytları sıxışdıraraq internet paketinin daha az getməsini təmin etmək), Sürətli yükləmə modu, Gecə modu kimi bir çox xüsusiyyətlərə malikdi. Fərqlilik və rəngarənglik sevən istifadəçilərimiz üçün bu tətbiqi məslətər görürük. Ayrıca tətbiq çox da RAM və batareya istifadə etmir. Saytlari yükləmə sürəti isə Chrome və Firefox qədər olmasa da standart bir səviyyədədir.
5. CM Browser
Clean Master Browser olaraq adlanan tətbiqin ən üstün cəhəti özünə məxsus Antivirusu olmasındadır. Belə ki, bu antivirus internətdən yüklədiyiniz fayllardan tutmuş girdiyiniz hər sayta qədər analiz edir və sizin təhlükəsizliyinizi qorumağa çalışır. Bundan başqa AdBlock, Night Mode kimi funksiyalar da var. Saytları yükləmə sürəti digərlərində olduğu kimi standart səviyyədədir. Sayt daxili tərcümə və söz axtarışı ilə birlikdə bu siyahıya girməyə layiq bir tətbiq olaraq seçdik. Təhlükəli və reklamlarla dolu saytlarda gəzən istifadəçilərimizə məsləhət görülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonları folqaya bükməyə başladılar
-
Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
-
Ən güclü Android telefonlar
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
XƏBƏR LENTİ
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”





