5G nədir və sizə necə təsir edəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Supersürətli "5-ci nəsil 5G" rabitə standartı bəzi ölkələrdə gələn ildən tətbiq oluna bilər.
Bəs görəsən bu həyatımıza necə təsir göstərəcək?
Bunun üçün yeni telefona gərək varmı? Rabitə sürəti əvvəlkinə nisbətdə nə qədər fərqlənəcək?
5G texnologiyası nədir?
5G daha öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir.
O, daha geniş əhatə dairəsi və daha sabit bağlantını təmin etməlidir.
4G-dən çoxmu fərqlidir?
Bəli, bu tamamilə yeni radiosiqnal texnologiyasına əsaslanır.
Onun sürəti operatorun seçdiyi avadanlıq, antenlər və ötürücülərə yatırımdan asılı olacaq.
Hazırkı vəziyyətə nisbətdə bu necə imkanlar yaradır?
"Hazırda mobil telefonlarla vasitəsilə etdiyiniz bütün əməliyyatları daha tez və təkmil şəkildə etməyə qabil olacaqsınız", - OpenSignal araşdırma mərkəzinin təhlilçisi Ian Fogg deyir.
"Ən önəmlisi isə bu texnologiyanın öncədən proqnoz etmək iqtidarında olmadığımız yeni xidmətlərə yol açmasıdır".
Yeni telefona ehtiyac varmı?
Bəli, qorxuram ki, var. 2009/10-cu illərdə yeni standarta cavab verən smartfonlar 4G infrastrukturun tam tətbiqindən öncə təqdim olundu.
O, zaman xidmətin "zəif işləməsi"nə görə aşırı pul ödədiyini düşünənlər məyus olmuşdu.
Çox güman istehsalçılar eyni səhvə yol vermək istəmirlər, Ian Fogg deyir.

Onun sözlərinə görə, çox güman ki, 5G xidmətin istismara tam hazır olmasından sonra yeni smartfonlar istehsal olunacaq.
Yeni nəsil telefonlar sabit xidməti təmin etmək məqsədilə 4G və 5G siqnalına köklənməyə qadir olacaqlar.
5G nə zaman hazır olacaq?
Əksər ölkələrdə 5G xidmətinin 2020-ci ilədək təqdim olunacağı gözlənilir.
Lakin Qətərin Ooredoo telekommunikasiya şirkəti artıq 5G kommersiya xidmətini işə saldığını bildirir.
Cənubi Koreya bu xidmətə gələn il keçməyi planlaşdırır.
2019-cü ildə yeni texnologiyaya keçməyə tələsənlər arasında Çin də var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
-
Ən güclü Android telefonlar
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır





