Mobil telefon

Samsung Tizen məişətə keçir

25 Sentyabr 2014 20:15
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tizen əməliyyat sistemini smartfon bazarında tətbiq etmək üçün bir sıra uğursuz cəhdlərdən sonra, Samsung Electronics əşyaların interneti sahəsində bu platformanın tətbiqinə qərar verib. Tayvanın sahə üzrə mənbələri bildirirlər ki, 2015-ci ildə Cənubi Koreya şirkəti öz proqram platformasından məişət elektronikasında və maye kristal televizor sahəsində geniş istifadəyə hazırlaşır. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsungun bu sahədə ətraflı planları haqda növbəti ilin 6-9 yanvar tarixlərində CES 2015 beynəlxalq elektronika sərgisində agah olmalıdır. Sərgidə məişət texnikasının buraxılışı üzrə bölmənin direktoru Yun Bu-Kyunun çıxışı gözlənilir. Onun hesabatı əşyaların internetinin inkişafına və ağıllı elektronikanın öz aralarında qarşılıqlı əlaqəsinə həsr ediləcək.

Mobil sahədə Android və iOS sistemlərinin liderliyi Samsungu Tizen platformasını tanıtmaq üçün başqa yolların axtarışına vadar edir. Hazırda şirkət bu əməliyyat sistemi ilə işləyən Gear S smart saatı və Gear Fit fitnes-qolbağı kimi daşınan qurğular buraxır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.