Mobil telefon

Bezdirici reklam SMS-lərindən qurtulmağın - YOLU

11 Aprel 2015 23:35
0 Şərh     Baxış: 2 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə mobil telefon abunəçilərinə göndərilən kütləvi reklam mesajları etirazlara səbəb olduqdan və bununla bağlı Milli Məclisdə deputatlar tərəfindən tənqidi çıxışlar edildikdən sonra mobil operatorlar tərəfindən filtrasiya sisteminin tətbiqi gündəmə gəlib.

Azərbaycanın ən böyük mobil operatorlarından biri olan Azercell şirkəti öz müştəri məmnunluğunu artırmaq məqsədi ilə artıq SMS-lərin filtrasiyasını aparmaq qərarına gəlib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən şirkət ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyasının tətbiqinə başlayıb.

Azercell-dən verilən məlumata görə, SMS filtrini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər.

Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.

Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.