BMW gələcəyin avtomobilini göstərdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın BMW avtomobil konserni BMW Vision Next 100 adlı konsept-kar hazırlayıb.
100 illik yubileyi münasibətilə Münhendəki "Munich's Olympic Hall"da sərgi təşkil etmiş Bavariya konserni bu konsept vasitəsilə gələcəyin avtomobili ilə bağlı fikirlərini açıqlayıb.

Milli.Az Bild-ə istinadən bildirir ki, BMW Group-un idarə heyətinin sədri Harald Krügerin dediyinə görə, modelin elektrik mühərriki ilə təchiz olunması ehtimalı böyükdür: "Elektromobillik dayanıqlı trend olaraq qalır".
9-cu seriyadan olan yeni flaqman sedanın orta dirəyi olmadan açılan qapıları, karbon və alüminiumdan hazırlanmış kuzovu var.
BMW Group-un şef dizayneri Adrian van Hooydonkun sözlərinə görə, gələcəkdə avtomobil və sürücü tərəfdaş olacaqlar: "Avtomobil sürücüyə bütün gərəkli məlumatları verəcək, eyni zamanda onu lazımsız informasiyalardan qoruyacaq. Sürücü isə seçəcək: ya avtomobili özü sürəcək, ya da bunu avtopilot edəcək".
Yeni konseptdə bütün məlumatlar qabaq şüşəyə proyeksiya olunacaq. Avtomobilin ənənəvi sükanı yoxdur və tam muxtar rejimdə, maşın avtopilota keçəndə idarəetmə pultu aşağı enir.

BMW Vision Next 100 4 qapılı kupedir. Ölçülər 5-ci seriyadakı sedanlar, salon isə 7-ci seriyadakı modellər təkidir.
Münhendən sonra konsept Pekin, London və Los-Ancelesə yollanacaq, yüzlərlə kilometr qət edəcək.
Yeni avtomobilin "Boost" ("Dəstək") və "Ease" ("Yüngüllük") kimi iki rejimi var.
"Boost" rejimi təcrübəli sürücü üçün hesablanıbsa, "Ease" avtomobildəki "bütün əlavə" nəsnələri, o cümlədən sükanı götürür, sürücü isə arxaya, üzü sərnişinlərə çevrilə bilər.

BMW Vision Next 100 Concept-in aerodinamik müqavimət əmsalı 0,18 Cx-dir. Uzunluğu 4900 mm olan modeldə "Alive GeometryG" sistemi var. Bu sistem maşının salonunda və bəzi yan panellərdəki 800 hərəkət edən üçbucaqlardan ibarət olaraq sürücüyə təhlükəli situasiyalar barədə intuitiv anlaşılan siqnallar verir.
BMW Vision Next 100 Concept alman avtokonserninin 100 illik yubileyi ilə bağlı hazırladığı 4 konseptdən biridir. Bu ilin yayında BMW Group yeni Rolls-Royce Grand Sanctuary, daha sonra isə MINI və BMW Motorrad modellərini təqdim edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı
-
Keks bulud kimi qabarır - xəmirə bir qaşıq əlavə etmək bəs edir
-
“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” - Zülfiyyə İbadova
-
Atasının evinə getdi, canından oldu - (Video)
-
Qaynadıb suyunu içənlərin ürəyi yenilənir
-
"Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
-
Zelenskiyə etimad azalır? – Ukraynada prezidentlik üçün dörd namizədin adı çəkilir
-
Kiyevə dron zərbəsi endirilib, ölən və yaralananlar var
-
Bakıda ət niyə baha satılır? - (Video)
-
Günün qoroskopu: Dostluğun romantik müstəviyə keçdiyi uğurlu bir gündür
-
Vahid geyim bəhanəsilə məktəblərə hücum cəhdi: Məktəblərdəki insidentin pərdəarxası
-
Qırğızıstan 2027-ci ildə MDB ölkələrinin IV Oyunlarına ev sahibliyi edəcək
-
Pelin Karahan ilk dəfə boşanma səbəbini açıqladı - (Foto)
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda 7-ci sinif şagirdi özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"





