Kulinariya

“Çox dadlı və sərfəli” - Düyü unundan halva - VİDEO

9 Noyabr 2019 15:42
7 Şərh     Baxış: 837

Milli.Az Sputnik Azərbaycana-a istinadən sizi Azərbaycanın müxtəlif bölgələrinin ləzzətli, dadı damaqlarda qalan təamları ilə tanış edir. Bu dəfə də düyü halvasının reseptini sizə təqdim edirik.

Digər halvalardan fərqli olaraq düyü halvasının məsrəfi az olur, amma dadı hələ uzun müddət damaqlarda qalır. Zaqatala rayonunun Yengiyan kənd sakinləri Sədaqət Məmmədova və Qəndab Əlixanova unudulmaqda olan bu şirniyyatın hazırlanması üçün ərzaq reseptini və onun bişirilmə qaydasını bölüşüblər.

Lazım olan ərzaqlar:

1 kq düyü unu

1 stəkan yağ

1 stəkan şərbət

1 stəkan buğda unu

"Əvvəlcə düyü dingdə üyüdülür. Bizim kənddə yalnız bir neçə ailə bu aləti hələ də qoruyub saxlayır. Satışda olan düyü unundan hazırlananda, halva həmin dadı vermir. Daha sonra un ələnir və tavada qovrulur. Düyünü qovurmaq üçün mütləq başqasının yardımı lazımdı, çünki un tez yanır və tez-tez qarışdırılmalıdır", - deyə Qəndab Əlixanova halvanın sirrini açıqlayıb.

Düyü tam qızarmamış onun üzərinə 1 stəkan buğda unu əlavə edilib qarışdırılır. Düyü qovrulduqdan sonra onun üzərinə əridilmiş kərə yağı və əvvəldən qaynadılmış sərin şərbət əlavə edilir. Düyünün qovrulduğunu onun ətrindən və unun saralmasından hiss etmək olar. Daha sonra 1 stəkan yağ və bir o qədər də şərbət əlavə edilir və 5-10 dəqiqə ərzində vam odda qarışdırılır və dərhal qaynar-qaynar buludlara salınaraq forma verilir.

Qəndab xanım qeyd edib ki, halvanın soyumasını gözləmək olmaz, belə olan halda onu buludlarda qəlibləmək mümkün olmayacaq. Daha sonra halva buludlarda doğranıb, soyudulur və süfrəyə verilir.

Nuş olsun!

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    ♥️Ebru♥️ · 9 Noyabr 15:5760

    Halvalarin icinde umac halvasi daha dadli olur.En cox onu beyenirem.Bununda gornusu yaxsidi yeqin dadli olar?:)Yanindada samavar cayi beh-beh kim vaz gece bilerki:))).

    Cavab yaz
  • Anonim
    Roya · 9 Noyabr 16:1340

    Halvanı çox sevirem.Bu terkibde hazırlanmış halva yememişem.Yeqin çox dadlı olar.

    Cavab yaz
  • Anonim
    Ulya · 9 Noyabr 17:0720

    Sevdiyim və tez-tez hazırladığım umac halvasıdır. bunu da yoxlamaq olar

    Cavab yaz
  • Anonim
    Sena · 9 Noyabr 22:0120

    Sedaqet memmedova menim anamdi .daniwan qara geyinende menim dayimin arvadidi)))))yutuba qoymuwdular indi bura catiblar))))aferim size

    Cavab yaz
    • Anonim
      ly · 9 Noyabr 22:5710

      Allah can sagligi versin analarimiza

      Cavab yaz
  • Anonim
    Sena · 9 Noyabr 22:0610

    Cox dadli halvadi he ama men hec sevmirem ama hami sevir )))

    Cavab yaz
  • Anonim
    Sena · 9 Noyabr 22:1420

    Bizde bu halva niwanlarda mutleg hazirlanir kohne adetlerden qalmadi ustunede spicka copuyle :xowbext olun:yazilir)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.