Kulinariya

Heyva mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır - VİDEO

5 Oktyabr 2019 17:16
7 Şərh     Baxış: 7 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Dadli Yemek Reseptleri" adı ilə məşhur olan səhifəyə istinadla heyva mürəbbəsinin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

1 kiloqram heyva, 1 kiloqram şəkər tozu, 2 stəkan yarım su

Hazırlanma qaydası:

Heyvaları yuyub doğrayaraq ləyənə yığırıq. Ləyəndəki heyvaları suda qaynadırıq. Sonra meyvələri çıxarıb həmin su ilə şirə hazırlayırıq.

Şirəni hazırladıqdan sonra meyvəni şirəyə əlavə edib qaynadırıq. 15 dəqiqə qaynadıqdan sonra ocağı söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra yenidən 1-2 dəfə 15 dəqiqədən bir qaynadırıq. Mürəbbə hazır olduqdan sonra ocaqdan götürüb, sterilizə olunmuş bankalara əlavə edib, qış üçün sərin yerdə saxlayırıq.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.