Kulinariya

Dünyanın doqquz qeyri-adi deserti - FOTO

12 İyul 2019 07:00
0 Şərh     Baxış: 3 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boyat çörəyi niyə ataq?" Yəqin ki, qənaətcil britaniyalı ev xanımları belə fikirləşərək boyat çörəyi şirniyyata çeviriblər. Asiyalı aşpazlar isə yüksək mətbəxlə hazırda heç kimi təəccübləndirə bilməyəcəklərini başa düşərək "aşağı" mətbəxi seçiblər. Milli.Az AZƏRTAC-a istinadən dünyanın müxtəlif ölkələrində olan qeyri-adi desertlər barədə məlumatı oxucuların diqqətinə çatdırır.

Borodino çörəyindən hazırlanmış dondurma (Rusiya)

Rusiyalıların xoşladığı Borodino çörəyini dondurma hazırlanmasında istifadə etməyə qərar veriblər. Lakin bu, ənənəvi deyil, daha çox molekulyar mətbəxdir. Bu dondurmanı ev şəraitində də hazırlamaq mümkündür: azacıq Borodino çörəyi, zirə, koriandr (keşniş toxumu).

Çörəkdən hazırlanan pudinqlə kərə yağı (Böyük Britaniya)

Deyilənə görə Britaniya mətbəxinin hələ XIII əsrdən məşhur olan bu dadlı ənənəvi yeməyinin əsasını boyat çörək təşkil edir. Əvvəllər desert elə bu cür də adlanırdı - "Kasıbın pudinqi". Hazırda bu desertə təkcə yağ deyil, şokolad, qaymaq və meyvə əlavə etməklə kruassanlardan da hazırlamaq mümkündür.

Calebi (Orta Şərq və Hindistan)

Bu desert görünüşündən başqa qeyri-adi heç nə ilə fərqlənmir. Elə görünə bilər ki, boşqaba sanki qızardılmış soxulcanlar qoyulub. Xeyr, bunlar yalnız fritürdə qızardılan və siporla sulanmış buğda unundan hazırlanan saplardır.

Əgər siz Hindistandasınızsa, o zaman özünüzü şirniyyatdan məhrum etməyin. Bufri konfetlərinin və ladu kürəciklərinin dadına mütləq baxın.

Şokoladda cırcırama (Tailand)

Adama elə gələ bilər ki, bu, desertdə qənaət etmək deməkdir. Lakin heç də belə deyil. Turistlər bir parça ət yeməyin onlara bu "ayaqları" yeməkdən daha ucuz başa gəldiyindən gileylənirlər. Səyahətçilər bu ekzotikanın yalnız turizm məkanlarında satıldığını deyirlər. Ekzotik qida mağazaları saytlarında tünd şokoladlı cırcıramaların dadlı və faydalı yemək olduğunu xəbər verirlər: "Cırcıramalar çoxillik çovdar bitkisi ilə qidalanırlar, onların rasionunda qlüten yoxdur" Həmçinin ekzotika həvəskarlarına şokoladda soxulcanlar və şokoladda "supersoxulcanlar" da təklif olunur.

Vasabi dadında dondurma (Yaponiya)

Ən yaxşısı bu desertin dadına simvolu vasabi gülü olan İdzu şəhərində (Şizouka prefekturası) baxasınız. Bitki həqiqətən də dondurmanın hazırlanmasında istifadə edilir və şirin soyuq desertə acıtəhər dad verir. Siz Yaponiyada sarımsaq və meduza dadını verən dondurmaya rast gələ bilərsiniz. Tailandda isə fritürdə qızardılan dondurma çox populyardır.

Fritürdə qızardılmış konfetlər (Şotlandiya, Böyük Britaniya)

Bu, kiminsə eksperiment aparmaq məqsədilə fritürdə şokolad batonunu qızartması ilə başlayıb. Dadlı, yalnız faydasız olan bu desert əvvəlcə bütün Şotlandiyaya yayılıb, indi isə digər ölkələrdə də məşhurlaşıb. Resept, əlbəttə ki, çox qeyri-adidir. Şokolad batonları, iki litr günəbaxan yağı və ananas.

Tavuq-göksu (Türkiyə)

Zamanın imtahana çəkdiyi ənənəvi mətbəxə diqqət yetirməyə dəyər. Məsələn, hələ Osmanlı sultanları üçün hazırlanan deserti Türkiyədə təqdim edirlər. Bu, həmçinin pudinqdir. Lakin britaniyalılardan fərqli olaraq, türklər inqrediyentlərdə qənaət etməyiblər. Türk desertinin əsasını boyat çörək deyil, ət təşkil edir. Tavuq-göksu (toyuq döşü) adlı bu desert toyuğun döş əti fars edilərək, düyü, şəkər tozu və süd əlavə olunmaqla hazırlanır.

Pikarones və zarda (Peru)

Peru desertlərini adətən başqa ölkələrdə təklif edilən qarnirlərdən hazırlayırlar. Pikarones ponçiklərdir. Yalnız xəmir üçün əsas adi və ya şirin kartof, balqabaq, qabaq götürülür. Zarda isə quru meyvələrlə düyüdən hazırlanmış şirin plovdur.

"Taybuynuzun öyüməsi" (ABŞ)

Bəzi desertlər təkcə inqrediyentləri ilə deyil, hətta xarici görünüşü, süfrəyə verilmə tərzi ilə də adamı təəccübləndirir. Bu desertin xoşagəlməz adının arxasında rəngarəng marşmello dayanır. Bu, parlaq fotoların çəkilişi üçün ideal yeməkdir. ABŞ-da desertin eyniadlı kokteylini də təklif edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.