Pendirli piroq - Hazırlanma qaydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görünüşü və dadından məmnun qalacağınız xüsusi piroqu uşaqlar üçün də məktəbə hazırlaya bilərsiniz
Milli.Az medicina.az-a istinadən tez başa gələn, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqun hazırlanma qayadsını təqdim edir.
Ərzaqlar:
2 stəkan iri-iri ovulmuş duzlu ağ pendir
2 xörək qaşığı doğranmış cəfəri və şüyüd
Xəmir:
• 3 stəkan un
• 1 çay qaşığı duz
• 2 çay qaşığı qabartma tozu
• 2 yumurta (sarılardan birini piroqun üstü üçün saxlayın)
• 1 stəkan qatıq
• 3/4 stəkan zeytun yağı Üzəri üçün:
1 ədəd kənara qoyduğumuz yumurta sarısı, çörəkotu
Hazırlanma qaydası:
İçlik: Ayrıca qabda pendir və göyərtiləri qarışdırın. Pendir duzlu olduğuna görə əlavə duz vurmuruq. Xəmiri üçün: İri qabda 2 stəkan un, duz və qabartma tozunu qarışdırın. Bura yumurta, qatıq və zeytun yağını əlavə edin. Qarışdırıb, qalan unu da qatın. Əlinizlə kobud xəmir alınanadək qarışdırın. Sobanı 180ºC-dək isidin. İri soba listinin üstünə perqament kağızı sərin.
Masanızı bir az unlayın. Xəmiri ikiyə bölün. Oxlovla xəmirin birini 22 sm diametri olmaq şərtilə yayın.
Dairəni listə yerləşdirin. İçliyi üstünə səpin. İkinci xəmiri də eyni şəkildə yayıb, içliyin üstünə yerləşdirin. Kənarlarını barmağınızla bərkidin. Piroqun səthinə yumurta sarısı çəkib çörəkotu səpin. Sobanın orta rəfində üstü qızaranadək bişirin.
Bu piroqu hazırlamaq üçün xəmiri mayalamağa da ehtiyac yoxdur. Qabartma tozu ilə kifayət qədər şişir. Çörəyin səthinə fırça ilə cəkilmiş yumurta sarısı və bunun da üstünə səpilmiş çörəkotu bişmiş çörəyi bir az günəbaxana bənzədir.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





