Kulinariya

Toy günü oğlan evinə göndərilən Gəncə şirniyyatı - RESEPT

23 Mart 2018 07:00
23 Şərh     Baxış: 10 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli mətbəxi çox zəngindir. Hər bölgəsinin özünə məxsus kulinariyası var. Milli.Az ailem.az-a istinadən Gəncənin ən məşhur şirniyyatı olan naziyin reseptini verir. Qeyd edək ki, nazik adətən bayram günlərində bişirilən yağlı şirin çörəkdir. Gəncədə gəlin köçən qızlar üçün bişirilir. Qız gəlin gedən günü nazik xonçası oğlangilə göndərilir. Ona görə də toy nazikləri xüsusi diqqət və ustalıqla bişirilir.

Lazım olanlar:

1 litr süd

1 çimdik sarıkök

1 çay qaşığı gülab

1 çay qaşığı əzilmiş keşniş toxumu

1 çay qaşığı maya

4 stəkan şəkər tozu

0.5 kq yağ

3 yumurta

Əlavə 2 yumurta

0,5 stəkan su

2,5 kq un

Hazırlanması:

Südə sarı kök, əzilmiş keşniş toxumu, bir qədər də gülab tökülür. Şəkər tozu yağda həll edilir. Ona yumurtanı və əlavə 2 yumurtanın ağını vurub sarısını üzərinə çəkmək üçün saxlayırlar. Mayanı ilıq suda həll edib, una tökərək xəmir yoğurulur. Xəmir acımaq üçün isti yerə qoyulur. Xəmir acıyanda bir də yoğurub acımağa qoyulur. Beləliklə, xəmir 2 dəfə yoğurulur və 2-ci dəfə kündələnir, üstü naxışlanır. Yumurta sarısına bir az su və sarı rəng qatıb naziyin üstünə çəkib təndirdə, yaxud da elektrik sobasında bişirilir.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.