Kulinariya

Balıq şorbası necə bişirilir? - RESEPT

16 Fevral 2018 07:00
57 Şərh     Baxış: 9 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıq qida rasionumuzda həftədə iki dəfə mütləq yer almalıdır. Çünki orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngindir. Adətən balıqdan qızardılmış formada istifadə edirik. Mütəxəssislər isə bütün qızartmalarda olduğu kimi, balığı qızartmağın da məsləhət olmadığını bildirirlər. Milli.Az ailem.az-a istinadən ləzzətli balıq şorbasının hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:

350 qram levrək balığı (dəniz bassı)

2 xörək qaşığı kərə yağı

Yarım kərəviz

1 soğan

1 kök 
2 ədəd bibər 
5 diş sarımsaq 
1 xörək qaşığı un 
6 stəkan su 
Duz, istiot
Şüyüd

Hazırlanması:

Kərəviz, soğan, sarımsaq və kökü rəndələyib, soğanı doğrayın. Daha sonra onları yağda qovurun və unu da ora töküb qovurmağa davam edin. Suyu əlavə edib 30 dəqiqə qaynadın. Balığı kiçik kvadratlar formasında doğrayıb, qazana tökün. Duz və istiotu da vuraraq, şorbanı 10 dəqiqə balıqla birlikdə qaynadın. Doğranmış bibər və şüyüdlə isti-isti servis edin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.