Kulinariya

10 dəqiqəyə hazırlanan şokoladlı keks - RESEPT

4 İyun 2017 07:00
4 Şərh     Baxış: 18 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəfildən evinizə bir qonaq gəldisə, ya ürəyinizə şirniyyat düşdüsə, 10 dəqiqəyə ləzzətli keks hazırlaya bilərsiniz. Milli.Az ailem.az-a istinadən şirniyyat sevənlər üçün əlüstü hazırlaya biləcəkləri keks reseptini təqdim edir.

Ərzaqlar:
 
150 qr kərə yağı
65 qr şəkərsiz kakao tozu
200 qr şəkər tozu
2 yumurta
1 çay qaşığı vanil
100 qr un
 
Hazırlanması:
 
Kərə yağını mikrodalğada təxminən 30 saniyə əridin. Şəkəri, kakao tozu və vanili əlavə edib yaxşıca qarışdırın. Yumurtaları çırpmadan əlavə edin. Unu da tökün və yaxşı qarışdırın. Mikrodalğada keks qabını yağlayın, içinə xəmiri əlavə edin. 4-5 dəqiqə yüksək istilikdə bişirin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.