Kulinariya

"Şokoladlı məxmər"

17 Noyabr 2015 07:00
185 Şərh     Baxış: 8 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az "Şokoladlı məxmər" tartının hazırlanma qaydasını təqdim edir

 
Tərkibi:
 

2 fincan xırdalanmış şokoladlı peçenye
1/3 fincan əridilmiş kərə yağı

iç: 
340 q tünd şokolad 
6 yumurtanın sarısı
1 3/4 st. 35%-li qaymaq 
vanil 

krem:
0,5 st. yumşaldılmış kərə yağı
3 st. şəkər pudrası
1 çimdik duz
3 x.q. kakao
3-4 x.q. süd

fincan = 250 ml 
forma = 21-23 sm

Sobanı 180 dərəcə qızdırın. Xırdalanmış peçenyeni əridilmiş kərə yağı ilə qarışdırın. Kənarları açılan formanı yağlayıb qarışığı içinə bərabər yayın, kənarlarını qaldırın. Sobada 10 dəqiqə bişirdikdən sonra çıxarıb soyudun. 

Şokoladı su hamamında əridin, çalın. Soyudun. Yumurta sarılarını qaymaq və vanillə çalın, çalmağı dayandırmadan nazik axınla şokoladı əlavə edin, eynicinsli kütlə alınanadək çalın. 

İçi formadakı korjun içinə töküb 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bu müddətdən sonra onun ortası azacıq yumşaq olacaq, amma tam soyuyandan sonra bərkiyəcək. Tart otaq temperaturunda tam soyuyandan sonra bir gecə soyuducuda saxlayın. 

Krem: 

Yağı çalın, tədricən şəkər pudrasını, kakao və südü əlavə edin. Süd az və ya çox lazım ola bilər, krem qatı olmalıdır. Kremi qənnadı torbasına doldurub "ulduz" ucluğu ilə soyumuş tartın üzərini bəzəyin. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.