Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəx sirləri: "Kral" beze tortu - VİDEO
18 Dekabr 2014 07:00
10 Şərh
Baxış: 17 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az teleorakul.ru-ya istinadən "Kral" beze tortunun hazırlanma qaydasını təqdim edir
Tərkibi:
xəmir:
350 q marqarin
7 yumurtanın sarısı
3 x.q. xama
1 ç.q. söndürülmüş sirkə
750 q un
beze:
7 yumurtanın ağı
2 st. şəkər tozu
150 q qovrulmuş qoz
1-ci krem:
2 banka qatılaşdırılmış süd
450 q kərə yağı
2 x.q. kakao tozu
2 x.q. qəhvə tozu (2 x.q. su ilə qarışdırın)
2-ci krem:
4 yumurtanın ağı
200 q şəkər tozu
bıçağın ucunda limon duzu
vanil
Yumurtanın sarılarını ağlarından ayırın.
Yumurta ağlarını möhkəm soyudun, sonra 1 çimdik duzla çalın, şəkər tozu əlavə edərək beze çalın.
Yumurta sarılarını mikserlə çalın, xama, söndürülmüş soda əlavə edin, eynicinsli kütlə alınanda yumşaldılmış marqarin əlavə edib yenə çalın, tədricən un əlavə edib yoğurun. Elastik xəmir alınmalıdır.
Xəmiri 10 yerə bölün. Kündələyin. Hər birini perqamentin arasında 1 mm qalınlıqda yayın. (Yaxşı olar ki, bu mərhələdə eyni ölçülü forma ilə yaydığınız xəmiri kəsəsiniz ki, bütün korjlar eyni boyda olsun). Üzərinə beze çəkin (təxminən 2 dolu xörək qaşığı), xırdalanmış qoz səpin (1 ç.q.).
Bu qayda ilə hazırladığınız xəmiri 180 dərəcə qızdırılmış sobaya qoyub 6 dəqiqə bişirin, sonra 120 dərəcəyədək azaldın, 15-16 dəqiqə bişirin.
Bütün korjları eyni qaydada bişirin (sobanın temperaturunu hər dəfə artırıb-azaltmağı unutmayın).
Birinci krem: otaq temperaturunda olan kərə yağını həcmi çoxalanadək çalın, qatılaşdırılmış süd, kakao, qəhvə əlavə edib bir daha möhkəm çalın. Soyuducuya qoyun.
Bişmiş korjları soyudun. Aralarına krem çəkib üst-üstə qoyun, soyuducuda 2 saat saxlayın. Korjları əzməyin, qıraqlarını kəsib hamarlamayın.
Soyuducudan çıxarandan sonra kremlə nahamarlıqlarını düzəldin.
2-ci krem: Su hamamı hazırlayın. Bir tavaya sü töküb vam odun üzərinə qoyun. Kremi çalacağınız qab bu tavanın içinə rahat yerləşməlidir. Amma tavadakı su kremi çalacağınız qabin içinə qətiyyən düşməməlidir. Həmçinin krem qabı tavadakı suya toxunmalıdır, tavanın dibinə yox.
Kremi çalacağınız qab təmiz və qupquru olmalıdır. Yumurta ağlarını qaba tökün (bunun içinə yumurta sarısından bir damcı da düşməməlidir). Şəkər tozunu, limon duzunu və vanili də əlavə edin. Mikserlə 1 dəqiqə çalın.
Sonra krem qabını su hamamına qoyun. Mikserin yüksək sürətində krem qatılaşanadək - 10-12 dəqiqə çalın. Su hamamından götürəndən sonra daha 1 dəqiqə çalın. (Bu kremin hazırlanma qaydasını aşağıdakı videodan izləyə bilərsiniz).
Tortun üzərini 2-ci kremlə, giləmeyvə ilə bəzəyin.
Bezeli "Kral" tortu böyük alınır - təxminən 24 sm diametrdə və 3 kq ağırlıqda.
Nuş olsun!
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO