Hazır yuxadan asan lahmacun resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evdə qısa müddətdə hazırlaya biləcəyiniz, xırt-xırt kənarı və bol ləzzətli qiyməli üstlüyü ilə süfrələrə dad gətirən bu resept xilaskarınız olacaq. Xəmir yoğurmaq və yaymaq dərdi olmadan hazırlanan bu lahmacun incə yuxası və ətirli içliyi ilə çöldə yediklərinizi axtarmayacaq qədər ləzzətli bir nəticə verir.
Milli.Az inqrediyentləri təqdim edir:
Qiyməli qarışıq üçün üçün
450 qr orta yağlı qiymə
1 ədəd böyük baş soğan
2 ədəd yaşıl bibər
1 ədəd qırmızı kapya bibəri
2 ədəd sürtgəcdən keçirilmiş pomidor
2 yemək qaşığı duru yağ
1 yemək qaşığı pomidor tomatı
1 şirniyyat qaşığı bibər tomatı
1 çay qaşığı duz
1 çay qaşığı pul bibər
Yarım çay qaşığı istiot
Yarım çay qaşığı kimyon
1 çay qaşığı kəklikotu
Yuxaları islatmaqüçün
3 ədəd hazır yuxa
Yarım çay stəkanı duru yağ
Yarım çay stəkanı su
1 yemək qaşığı qatıq
1 şirniyyat qaşığı sirkə
Servis üçün
Cəfəri, sumaxlı soğan, limon dilimləri və pomidor
Hazırlanma qaydası
Soğanı, yaşıl və qırmızı bibərləri xırda doğrayıb blendrdan keçirin. Sürtgəcdən keçirilmiş pomidorları da əlavə edib qarışımı qısa müddət yenidən blendrla çəkin.
Dərin bir qaba qiyməni götürün. Üzərinə hazırladığınız tərəvəzli qarışımı, duru yağı, tomatları və ədviyyatları əlavə edin. Bütün məhsulları yaxşıca qarışdıraraq bircinsli bir qarışım əldə edin.
Ayrı bir kasada duru yağ, su, qatıq və sirkəni qarışdırın.
Bir ədəd yuxanı düz bir müstəviyə sərin. Kənarlarını içəri doğru qatlayaraq daha qalın bir səth formalaşdırın. Hazırladığınız sosdan yuxanın hər tərəfinə sürtün.
Qiyməli qarışımın bir hissəsini yuxanın üzərinə qoyun və nazik bir təbəqə halında yayın. Qarışımı yayarkən qaşığın arxa tərəfindən istifadə edə bilərsiniz. Digər yuxaları da eyni qaydada hazırlayıb yağlı kağız sərilmiş listə yerləşdirin.
Əvvəlcədən isidilmiş 200°C sobada təxminən 15 dəqiqə bişirin. Kənarları çıtırlaşıb, üzəri qızardıqda sobadan çıxarın.
Lahmacunları cəfəri, sumaxlı soğan və bol limonla isti-isti servis edin. Nuş olsun!
İçliyin çox sulu olmamasına çalışın; həddindən artıq su yuxanın yumşalmasına səbəb ola bilər.
İçliyi yuxanın üzərinə nazik bir qat halında yaymaq onun daha yaxşı bişməsini təmin edir.
Lahmacunları sobanın alt rəfinə yaxın hissədə bişirmək alt səthin daha yaxşı qızarmasına kömək edir. Pişdikdən sonra isə çıtırlığını itirməməsi üçün üzərini örtməyin.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə "Coca-Cola" hazırlamağın sirri açıqlandı
-
Yapon yumurtası necə hazırlanır? (Zərf üsulu)
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
Bibər qızardarkən ən vacib nüans - nə yanır, nə də partlayır
-
Qapağa paltar sancağı taxmağa başladılar - mətbəx hiyləsi
-
Keks bulud kimi qabarır - xəmirə bir qaşıq əlavə etmək bəs edir
XƏBƏR LENTİ
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)





