Milli.Az Naxçıvan çöçəsinin (bayram kökəsi) hazırlanma qaydasını təqdim edir
Tərkibi:
xəmir:
1 kq un
350 q yağ
2 yumurta
2 ç.q. quru maya
2 ç.q. şəkər tozu
1 ç.q. duz
1,5 st. süd
iç:
450 q qoz
2 baş soğan
duz
istiot
sarıkök
üzərinə:
1 yumurta
Yarım stəkan ilıq süddə 2 ç.q. şəkər tozu və mayanı qarışdırın. 15 dəqiqə saxlayın.
Yağı əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz. Xəmir çox bərk olmasın. Üzərinə dəsmal çəkib isti yerdə 2 saat saxlayın.
İç: soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sonda sarıkök vurun. Qozu maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.
Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun. Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın, 1 x.q. iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.
Siniyə perqament döşəyin. Çöçələri aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta çəkib 200 dərəcə qızdırılmış sobaya qoyun. Üzəri qızaranadək bişirin.
Nuş olsun!
Foto: İnstagram
Milli.Az
Kulinariya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mətbəx sirləri: Naxçıvan çöçəsi
14 Mart 2014 07:00
26 Şərh
Baxış: 43 740

DİGƏR XƏBƏRLƏR
-
Yumurtanı belə bişirin - daha dadlı olacaq
-
Evdə dondurmanı asanlıqla belə hazırlayın
-
Pomidorları belə marinad edəndə qabığı çatlamır
-
Krispi albalı piroqu - McDonald's-dakı kimi: Əfsanəvi desertin resepti
-
Evdə hazırlanacaq dadlı şirniyyat – çay süfrələrinin vazkeçilməzi olacaq
-
Şokoladlı keks - Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət
XƏBƏR LENTİ
-
"Qarabağ"dan sürpriz hücumçu transferi
-
Yer kürəsində səbəbi naməlum maqnit qasırğası baş verib
-
Husilərə qarşı əməliyyatlarımız davam edəcək - Netanyahu
-
Messinin 8 qolu seçmə mərhələnin ən aşağı bombardir göstəricisidir
-
17 yaşlı qızının sevgilisini nümayiş etdirib, nişanlanacaqlarını dedi - VİDEO
-
Haaland 11:1-dən sonra "Araz-Naxçıvan"ın qapıçısına nə deyib?
-
Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur
-
Atıq dünyanın ən varlı adamı deyil
-
"Mənimlə olan adam yazıqdır"
-
Rusiya-Ukrayna cəbhəsində son 24 saatda nə baş verir?
-
Toydan qayıdan dörd nəfər ağır qəzaya düşdü
-
Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmayıb
-
Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı
-
Azərbaycanda iki nazirlik birləşdiriləcək? - AÇIQLAMA
-
"Komedixana"nın aktyorunun oğlu Ramiz Novruz haqqında filmə ÇƏKİLİR - VİDEO
-
Avtomobillər toqquşaraq körpüdən aşdı - FOTO
-
Trampdan müharibə mesajı: Başlayırıq!
-
Azərbaycan səhiyyəsinə ağır itki - FOTO
-
“Qızı yoldaşımdan içki məclisində istəyiblər” - Nişanlanan yeniyetmənin anası - YENİLƏNİB - VİDEO
-
Türkiyədə koronavirusa yoluxma yenidən artdı - Xəbərdarlıq edildi
-
"Müharibə dayanmayacaq: Nə Rusiya danışıqlara hazırdır, nə də Ukrayna"
-
Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir - FOTO
-
iPhone 17 Bakıda maşın qiymətinə satışa çıxdı - VİDEO
-
Bakıda pişiyin fantastik satış qiyməti - FOTO