150 q mal qaraciyəri
1 alma
50 q balzamik sirkə (soya sousu ilə əvəz etmək olar)
duz
qara istiot
bitki yağı
göyərti
Malın qaraciyərini təmizləyin, soyuq axar suyun altında yuyun, aşsüzənə qoyub suyunun çəkilməsini gözləyin.

Bitki yağını tavada qızdırın, qaraciyərin üzərinə duz-istiot səpib aradabir çevirərərk 10 dəqiqə qızardın.

Almanı təmizləyib dilimləyin. Bitki yağında yumşalanadək qovurun. Qaraciyərlə birlikdə boşqaba qoyun.

Sirkəni (soya sousunu) tavaya tökün, vam odda yarısı buxarlananadək bişirin. Qaraciyərin üzərinə gəzdirin. Üzərinə göyərti səpin.

Nuş olsun!
Milli.Az