Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağ saçları boyamağa pul xərcləmədən təbii rənginə qaytarmaq mümkündür. Əgər saçlarınızdakı ağ tellər sizi narahat edirsə, artıq salona getməkdə çətinlik çəkməyəcəksiniz. Evdə tətbiq oluna biləcək bitki əsaslı qarışıqlarla həm saçlarınızın sağlamlığını qoruyacaq, həm də ağarmış telləri təbii yollarla tündləşdirə biləcəksiniz.
Milli.Az xəbər verir ki, saçların ağarması əsasən melanin piqmentinin azalması, genetik faktorlar, stress, qidalanma və vitamin çatışmazlığı, hormonal dəyişikliklər və ətraf mühit təsirləri ilə bağlıdır. Bu proses təbii olsa da, müəyyən üsullarla ləngidilə və ya görünüşü dəyişdirilə bilər.
Saçların təbii rəngini qaytaran bitki reseptləri
Qəhvə və qara çay qarışığı
Tərkibi:
2 x.q. təzə dəmlənmiş qəhvə
2 x.q. qara çay
1 x.q. zeytun yağı
Hazırlanması və tətbiqi: Qəhvə və çayı qaynadıb süzün, zeytun yağı əlavə edin və saçınıza çəkin. 1 saat saxladıqdan sonra isti su ilə yuyun. Həftədə bir dəfə tətbiq oluna bilər.
Qoz qabığı boyası
Tərkibi:
10-12 qurudulmuş qoz qabığı
Hazırlanması: Qoz qabıqlarını 30 dəqiqə qaynadın, süzün və soyudun. Əldə edilən suyu saçınıza çəkin, 1 saat saxlayıb isti su ilə yuyun. Bu üsul tünd saçlar üçün idealdır.
Adaçayı və rozmarin qarışığı
Tərkibi:
2 x.q. qurudulmuş adaçayı
2 x.q. qurudulmuş rozmarin
Hazırlanması: Su ilə qaynadıb 30 dəqiqə dəmləyin. Qarışığı saçlarınıza masajla tətbiq edin, 1 saat saxlayıb yuyun. Həftədə bir neçə dəfə tətbiq oluna bilər.
Xına boyası
Tərkibi:
1 çay stəkanı xına
2 x.q. zeytun yağı
1 stəkan qara çay
Hazırlanması: Qara çayı dəmləyin və soyudun. Xına və zeytun yağı ilə birlikdə məcun halına salın. Saçınıza çəkin və 1-2 saat saxlayın, sonra yuyun. Təbii qırmızı və ya mis tonlar əldə edilir.
Bu üsullarla saçlarınızı təbii və sağlam şəkildə bərpa edə, bahalı saç boyalarına ehtiyac duymadan görünüşünüzü gəncləşdirə bilərsiniz.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Balıq bazarında bahalaşma var - (Video)
XƏBƏR LENTİ
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?





