Çılpaq yatmağın sağlamlığa faydaları - Alimlər tövsiyə edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çıpaq yatmaq təkcə rahatlıq üçün deyil, həm də sağlamlığın qorunmasında mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, bu barədə yuxu təbabəti üzrə mütəxəssis Dr. David Rosen bildirib.
Mütəxəssislərin fikrincə pijamadan imtina etmək yuxu keyfiyyətindən immunitet sisteminin güclənməsinə, reproduktiv sağlamlıqdan münasibətlərdəki emosional bağın artmasına qədər bir sıra müsbət təsirlər yaradır. Dr. Rosen qeyd edir ki, bədənin sərin qalması dərin və bərpaedici yuxu üçün vacibdir. Gecə bədən istiliyi artarsa, melatonin kimi vacib yuxu hormonlarının istehsalı pozula bilər, bu da yuxunun keyfiyyətinə mənfi təsir edir.
İsti yorğan altında yatmağı sevənlər üçün çılpaq yatmaq artıq istiliyi tənzimləmək üçün effektiv üsul sayılır. Bundan başqa, qadınlarda qaratoyuq (vaginal maya) infeksiyası riskini azaltmağa kömək edir. Dr. Rosenin hesabatına görə, isti və rütubətli mühitlər göbələk infeksiyalarının yaranması üçün əlverişli şərait yaradır. Şəxsi bölgələrin təmiz və havalandırılan saxlanması infeksiya riskinin azalmasına səbəb olur.
Kişilər üçün də çılpaq yatmaq faydalıdır. Tədqiqatlar göstərir ki, dar alt paltarları skrotumun istiliyini artıraraq sperma keyfiyyətini aşağı sala bilər. Sərin skrotum mühiti isə sperma hərəkətliliyini və məhsuldarlığı artırır.
Çılpaq yatmağın emosional faydaları da var. Partnyorlar arasında dəri təması oksitosin - "sevgi hormonu"nun ifrazını artırır, stressi azaldır və bağlılıq hissini gücləndirir. 2024-cü ildə 20 min insan arasında aparılan qlobal sorğunun nəticələrinə əsasən, britaniyalıların 20 faizi çılpaq yatmağa üstünlük verir. Kişilər arasında bu göstərici 22 faizdən yüksək olsa da, qadınların əksəriyyəti hələ də pijamadan imtina etməyib. Maraqlıdır ki, çılpaq yatmaq vərdişi 50 yaşdan yuxarı şəxslər arasında daha geniş yayılıb.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





