Dünya

Hindistan-Pakistan sərhədində döyüşlər başladı

29 Aprel 2025 23:14
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səsləri Cammu bölgəsindəki beynəlxalq sərhəd xəttində eşidilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.

Bildirilir ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.