Kulinariya

Mətbəx sirləri: Qazan kababı - FOTO

26 İyun 2013 07:00
0 Şərh     Baxış: 14 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün evin kişilərini bayramları münasibətilə təbrik etmək üçün əla təamdır. Kababı tək kişilər bişirməzlər ki?! Ancaq bu kababı, imkan eləsəniz, yaxşı olar ki, açıq ocağın üstündə hazırlayasınız.

Tərkibi
(4-5 pay):

1,5 kq ət
1 ç.q. duz
1 acı istiot
2 ç.q. zirə
1 kq soğan
100-150 q quyruq
100 q keşniş-şüyüd
2-3 çimdik qara istiot

Əti tikələrə doğrayın. Duz, istiot, zirə vurun.

Soğanı təmizləyib halqa və yaxud yarımhalqa doğrayın. Göyərtini yuyub-doğrayın.



Quyruğu xırda doğrayın. Qızdırılmış qazanın dibinə düzün.



Üstündən ət tikələrini döşəyin.



Bir qat soğan döşəyib, üstünə göyərti səpin.



Sonra yenə ət döşəyin və ərzaq bitincə layları təkrarlayın.

Üstündən isə acı istiotu qoyun.

Ətin üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyun. Əgər qapaq kifayət qədər ağır deyilsə və buxar onu qaldıra bilərsə, o zaman üstünə yük qoyun.



Qazan kababını vam odda bişirin. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır. Çalışın, həmin məqamı ötürməyəsiniz: bu zaman qapağı götürüb qarışdırmaq lazımdır. Sonra yenə qapağını örtüb daha 5-10 dəqiqə bişirin.



Süfrəyə verərkən üstünə nar dənələyə bilərsiniz.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.