Panna Cottanın tərkibində nə var?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya mətbəxinin ən zərif və yüngül şirniyyatlarından biri olan Panna Cotta az inqrediyentlə hazırlanan, lakin ağızda ipək kimi toxuma buraxan İtalyan klassikidir. İtalyan dilindən tərcümədə "bişmiş qaymaq" mənasına gələn bu təam, həm sadəliyi, həm də şık təqdimatı ilə seçilir.
Milli.Az xəbər verir ki, Panna Cottanın mükəmməl olması üçün inqrediyentlərin keyfiyyəti və onların birləşmə temperaturu həlledici rol oynayır.
Qaymaq və südün harmoniyası
Bazasını yüksək keyfiyyətli qaymaq və süd təşkil edir.
Şirniyyatın zəngin və dolğun dadı qaymağın yağlılığından, yüngüllüyü isə süddən gəlir.
Bu iki məhsul aşağı odda, qaynama nöqtəsinə çatdırılmadan qızdırılmalıdır. Bu, süd məhsullarının strukturunun bozulmaması və daha hamar bir toxuma əldə edilməsi üçün vacibdir.
Şirniyyatın şirinlik balansı qaymağın dadını örtməyəcək qədər yüngül olmalıdır.
Panna Cottaya o məşhur ətrini verən vanildir. Ən yaxşı nəticə üçün vanil çubuğu və ya təbii vanil ekstraktı istifadə olunur. Süddə süzülən kiçik vanil dənəcikləri tatlıya həm vizual dərinlik, həm də gurme bir dad qatır.
Panna Cottanın o ikonik, elastik və dik duruşunu təmin edən maddə jelatindir.
İsti süd qarışığında həll olan jelatin, şirniyyat soyuduqdan sonra onun formasını saxlamasına kömək edir.
Doğru miqdarda istifadə olunan jelyatin sayəsində tatlı bərk deyil, qaşığı vuranda yüngülcə titrəyən, yumşaq bir jele teksturasında olur.
Sadə və südlü dadı balanslaşdırmaq üçün adətən üzərinə turşməzə meyvə sousları əlavə edilir.
Moruq, böyürtkən və ya qaragilə kimi meşə meyvələrindən hazırlanan souslar qaymağın yoğunluğunu qıraraq təravətli bir dad yaradır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏR LENTİ
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq





