Evdə hazırlaya biləcəyiniz ən asan sezar salatı – RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sezar salatını sevməyən yoxdur. Və bunun üçün hər hansı bir restoranda oturmaq vacib deyil. Bu dadlı salatı evinizdə də edib rahat yeyə bilərsiniz.
Milli.Az lent.az-a istinadən ən dadlı və rahat sezar salatı reseptini təqdim edir:
Tərkibi:
Toyuğun döş əti - 300 qram
Çerri pomidoru - 150 qram (1 ədəd adi pomidorla əvəz etmək olar)
Parmezan pendiri - 50 qram
Kahı - 1 dəstə (aysberq kələmi ilə daha yaxşı olar)
Ağ baton çörəyi - 5-6 dilim
Sarımsaq - 1 diş
Zeytun yağı
Duz, istiot
Sous üçün
1-2 qaşıq mayanez və xama
Zeytun yağı - 50 millilitr
limon şirəsi - 3 xörək qaşığı
Sarımsaq - 1 diş
Xardal - 1-2 çay qaşığı
Duz
Hazırlanması
Toyuğun döş ətini uzununa iki nazik dilimə bölün. Duzlayıb istiotlayın. Tavada təxminən 1 -2 xörək qaşığı zeytun yağı qızdırın. Orta alovda toyuğun hər üzünü 4-5 dəqiqə qızardın. Baton çörəyini kəsib kiçik dördbucaqlar formasında doğrayın. Və həmin tavada çörəyləri də qızardın.
Sous üçün ərzaqları qarışdırıb hazırlayın. Xardal və sarımsağı yaxşıca qarışdırın. Limon şirəsi, azca da duz əlavə edib yenidən qarışdırın. Belə olduqda bir müddət saxlayın.
Salatı düzəldin
Kahını yuyun, qurudub əlinizlə doğrayıb boşqaba tökün. Üzərinə sarımsaqlı suxariləri və dilimlənmiş toyuğu, çerry pomidorunu əlavə edin. Sousu da töküb salatı qarışdırın. Parmezan pendirini sürtkəzdən keçirin.
Toyuqlu "Sezar" salatını hazırlanan kimi süfrəyə qoya bilərsiniz. Ancaq qidaların bir-birinə qarışması üçün gözləsəniz daha dadlı olacaqdır.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki





