Unudulmaqda olan yeməklərindən biri - Murquturş - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəran mətbəxi çeşidliliyi və özünəməxsus ləziz yeməkləri ilə digər bölgələrin mətbəxindən fərqlənir. Yüz illər boyu bu yeməklər xanların və bəylərin süfrəsini bəzəyib. Bu yeməklərin sırasında ən qədim olanlardan biri isə murquturşdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, lənkəranlı aşpaz Nüsrət Səlimov qədim talış yeməyi olan murquturşu elə qədim üsullarla hazırlayır. Deyir ki, Talış dilində açıqlaması murqu, yəni quş, turş isə bildiyimiz turş anlamındadır.
"Murquturşu hazırlamaq üçün 1 ədəd kənd çolpası, 2 ədəd qırmızı soğan, 2 dəstə cəfəri, bir az sarımsaq, 100 qram qoz ləpəsi, 150 qram kərə yağı, abqora, duz və istiot lazımdır. Əvvəlcə çolpanı doğrayırıq. Qədimdə cəfərini tabaqda döyərək hazırlayıblar. Biz də belə edirik. Çolpa hissələrə ayrıldıqdan sonra isti tavaya yığılır. Təbii ki, kərə yağını tavada yaxşı qızdırmaq lazımdır. Cəfəri doğranır, sonra iki qırmızı soğanı da doğrayıb tabağa əlavə edirik. Cəfəri və soğan toyuqla birgə qızardılır. Cəfərini qaralana kimi qızartmaq lazımdır. Qoz da xırda-xırda doğranır. Bir az sarımsaq da əlavə edirik. Daha sonra digər ədviyyatları tavaya tökürük. Yemək bişdikcə qoz ləpəsi üzərinə əlavə olunur, ardınca abqora tavaya tökülür. Təxminən 10-15 dəqiqədən sonra murquturş yeməyi hazır olur", - deyə Nüsrət aşpaz bildirir.
İndi restoranlarda bu yeməyi sifariş edənlərin sayı az olsa da, Nüsrət Səlimov deyir ki, murquturşun unudulmaması üçün onu tez-tez menyuya əlavə edir: "Murquturş daha çox yaz fəslində yeyilir. Yəni, göyərtilərin yetişən vaxtı. Şəhərimizə gələn qonaqlarımız üçün bu qədim yeməklər çox maraqlıdır".
Qeyd edək ki, Lənkəran mətbəxinə məxsus ləvəngi toyuq, qozlu kükü, boranı plov, mərci plov, turşu kabab, qiymə badımcan, şirin qovurma, fisincan, balıq və badımcan sırdağı nəinki ölkə daxilində, hətta dünya mətbəxində ən ləziz yeməklərdən sayılır. Lakin bu bölgənin unudulmaqda olan yeməkləri də az deyil. Murquturş, lökü, müsəmma kimi yeməklər də bu sıradadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





