Düşməndən qurtulan torpaqlar - Hər ev bir minadır - REPORTAJ - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərb və Rusiya mediası işğaldan azad olunan Azərbaycan torpaqlarındakı mövcud durum, erməni vandalizminə məruz qalan torpaqlarımızla bağlı çoxsaylı materialların dərcini davam etdirməkdədir. İnsafən, həmin materialların əksəriyyəti obyektivliyi və həqiqəti əks etdirir. Bu dəfə Rusiyanın nüfuzlu "RİA Novosti" agentliyi işğaldan azad edilən Füzulidən reportaj təqdim edib. Müəllif bütün reportaj boyu gördüklərindən heyrətini gizlədə bilmir. Yazır ki, 10 km-lərlə yol qət etsələr də, qarşılarına bir tikili belə çıxmayıb. Hər yer dağılmış və məhv edilmiş haldadır.
"Füzuli ruhlar şəhəri"
"Füzuli ruhlar şəhəri" deyə müəllif onları müşahidə edən politoloq Nicat Hacıyevə istinadən qeydlərini aparıb. Onun sözlərinə görə, azərbaycanlı hərbçilər şəhəri azad edən zaman bayraq asmaq üçün bir salamat bina belə tapa bilməyiblər. Sonda onu hərbi hissənin üstündən asa biliblər. Hara baxırsan gözünə "ehtiyatlı olun mina" elanları asılıb. Artıq indiyə qədər 20-ə yaxın mülki şəxsin mina qurbanı olduğu, eləcə də, rus sülhməramlılar arasında da iktilər olduğu vurğulanır. "Erməni tərəfi bizə minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Bu zarafat deyil, ayağını kənara atsan və... ", - deyə hərbçi rus jurnalisti xəbərdar edib. Müəllif gördüyü minaaxtaranları nəzərdə tutaraq bu ərazilərin Çernobılı xatırlatdığını da deyib. Müəllif Füzulinin mərkəzində gördüklərindən dəhşətə gəlib. "Heç bir şəhər yoxdur. "Burada hər yer minalanıb" bu tip elanlardan ibarətdir". Daha sonra rus jurnalist azərbaycanlıların Şuşaya çəkdikləri Qələbə yolundan, yeni aeroport tikintisindən bəhs edib.
"Biz Füzuliyə birdəfəlik və həmişəlik dönəcəyik"
Müəllif erməni vandalizmi nəticəsində şəhərdən yalnız xatirələrin qaldığını xüsusi vurğulayır. "Burada ancaq mina sahələri qalıb". "Bütün mənim həyatım ancaq iztirablardır" deyə müəllif vaxtilə bu şəhərdə yaşayan Sevinc adlı xanımın xatirələrini qeyd edib. 30 il bundan əvvəl bu yerləri tərk etməyə məcbur olan xanım bildirir ki, uşaq vaxtı ən yaxın rəfiqəsi erməni qızı olub. Xanım evlərini tərk edən zaman özləri ilə heç bir əşya götürə bilmədiklərini xüsusi qeyd edir. Bakıda məskunlaşdıqları müvəqqəti evlərdə çəkdikləri əziyyətləri də jurnalistə söyləyib. "Televizorda ATƏT Minsk Qrupunun iclaslarını göstərirdilər. Siyasətçilər vəd edirdilər. Biz də inanırdıq. Heç kim təsəvvür də etməzdi ki, 30 il gözləməli olacağıq. Bütün bunlara baxmayaraq biz Füzuliyə birdəfəlik və həmişəlik dönəcəyik" - deyə müəllif azərbaycanlı xanımın sözlərini reportajının sonunda xüsusi vurğulayıb.
Azər NURİYEV
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi





