Ermənistan-Azərbaycan münaqişəsi

Tural Gəncəliyev ölümlə hədələndi - Ermənilər deputatı hədəfə aldılar - FOTO

10 Aprel 2021 12:32
Baxış: 3 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gözəlyanın təhdidinə məruz qalıb.

Milli.Az xəbər verir ki, bu barədə T.Gəncəliyevin özü məlumat verib.

"Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - icma sədri vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.