Ermənistan-Azərbaycan münaqişəsi

Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında - Yenə də yalan uydurur - MN

3 Noyabr 2020 17:51
Baxış: 1 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər "boş patronla havaya güllə atmaq" kimidir.

Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.