Ermənistan-Azərbaycan münaqişəsi

BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb

29 Oktyabr 2020 14:49
Baxış: 2 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa nümayəndəliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlı bəyanat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurum bəyanatda hadisə ilə bağlı dərindən təəssüfləndiyini bildirib:

"Könüllülərimizdən birinin Bərdədə dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasından çox sarsılmışıq. 39 yaşlı şəxs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcili yardım səyyar briqadasında yer alırdı. Humanitar təşkilatlar hədəf olmamalıdır".

Eyni zamanda, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib.

O, hadisə ilə sarsıldığını bildirib.

Bəyanatda deyilir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm".

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.