Ermənistan Qarabağı terror ocağına çevirmək istəyir: Yeni muzdlu terror taboru formalaşdırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan ordusuna məğlub olduqdan sonra Ermənistan Silahlı qüvvələri beynəlxalq terroçulara ümid bəsləyir və onların Yerevan tərəfindən Dağlıq Qarabağda istifadəsi aşkar fakta çevrilib.
Paşinyan hökumətinin göstərişi ilə erməni diasporunun üzvləri və müxtəlif təşkilatlar xüsusi toplama məntəqələrində bütün dünyadan muzdluları və terrorçuları cəlb edir. Xüsusilə də, ermənilər tərəfindən yaradılmış "VOMA Center" ictimai təşkilatı dağ-atıcı taborun formalaşdırılmasına başlayıb. Bu taborun döyüş zonasına Ermənistann Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi planlaşdırılır. "Könüllü" taborun sıralarını artırmaq çağırışı ilə Rusiyadakı nüfuzlu ermənilər və Rusiya Ermənilərinin İttifaqının rəhbəri Ara Abramyan müraciət edib.
Sonuncu Dağlıq Qarabağa 20 min erməni döyüşçüsünü göndərməyi vəd edib. Rusiyanın Cinayət Məcəlləsinə uyğun olaraq xaricdə silahlı dəstələrdə iştirak etmək 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma, Rusiyanın bütün hakimiyyət strukturlarında himayədarları olan nüfuzlu erməni diasporu bu ölkənin qanunlarını məhəl qoymadan fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərindən muzdluların və terrorçuların istifadə olunması faktı Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən "Əl-Cəzirə" telekanalına müsahibəsində təsdiq olunub.
Qərb mənbələri Yerevandan bildirir ki, döyüş əməliyyatlarında PKK terror təşkilatının üzvlərinin iştirakı barədə sübutlar var. Belə ki, BBC-nin məlumatına görə, həmin döyüşçülərin Azərbaycanla müharibədə iştirak etməsi üçün döyüş zonasına gətirilməsi barədə Yerevanda açıq danışırlar. Azərbaycana qarşı müharibədə xarici muzdluların və terrorçuların istifadəs məsələsinin qanuniliyi Yerevan rəhbərliyini çox da maraqlandırmır. Amma bu cür faktlar Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində iştirak edən beynəlxalq vasitəçiləri, ilk növbədə Rusiyanı narahat edir.
Təsadüfi deyil ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin münaqişəyə kürd ekstremist qruplaşmaların cəlb olunduğunu birbaşa bəyan edib. Onlardan başqa Qarabağda çoxsaylı erməni terror təşkilatlarının (ASALA, Daşnaksutyun) üzvləri, eləcə də ABŞ, Fransa, Yunanıstan, Kanada, Belçika, Livan. Misir, İraq və Suriya vətəndaşları döyüşür. Azərbaycanı hər hansı bir sübut olmadan suriyalı muzdlulardan istifadə etməkdə günahlandıran Ermənistan öz işğalçı qoşunlarının tərkibində itkiləri doldurmaq üçün minlərlə beynəlxalq terrorçunu regiona cəlbb edir. Məlumdur ki, erməni terror təşkilatları "müstəqil" Ermənistan fikri ortaya çıxandan daha əvvəl yaradılıb. Ona görə də əminliklə demək olar ki, Ermənistan və terrorçuluq ayrılmaz anlayışlardır.
Elxan Ələsgərov
"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube channel:https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN





