ABŞ-dan İrana xəbərdarlıq: “Diplomatiya iflasa uğrasa başqa yollara əl atacağıq...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan prezident Baydenin Tehrana xəbərdarlığını xatırladaraq deyib ki, əgər danışıqlar iflasa uğrasa Vaşinqton başqa variantlara da üz tuta bilər. Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri oktyabrın 5-də israilli həmkarı ilə görüşündə deyib ki, diplomatiya İranın nüvə proqramını cilovlamağın ən yaxşı yoludur.
Lakin müşavir prezident Baydenin Tehrana xəbərdarlığını xatırladaraq deyib ki, əgər danışıqlar iflasa uğrasa Vaşinqton başqa variantlara da üz tuta bilər.
Baydenin baş müşaviri Ceyk Sallivan və İsrailin milli təhlükəsizlik müşaviri Eyal Hulata Vaşinqtonda Tehranın nüvə proqramının nə dərəcədə irəli getməsinə dair fikir və kəşfiyyat məlumatı mübadiləsi ediblər. 2015-ci ildə İranla dünya güclərinin imzaladıqları sazişə görə Tehran nüvə zənginləşdirilməsi proqramına limit qoymalı idi.
Bunun müqabilində İranın üzərindəki beynəlxalq iqtisadi sanksiyalar qalsdırılmalıydı. Lakin keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardıqdan sonra İran üzərinə sanksiyalar bərpa olunub.
Hazırda ABŞ hökuməti bu razılaşmanın dirçəldilməsinə çalışır. İsrail bunun əleyhinədir. ABŞ ekspertləri bildirilər ki, İran bu saziş imzalanarkən atom bombası yaratmaq üçün kifayət qədər zəngin uran istehsal etmək hədəfindən 12 ay aralı idi, lakin Trampın məlum addımından sonra indi bu müddət bir neçə ay olaraq dəyərləndirilir.
İsrailin qatı regional rəqibi olan İran nüvə silahı yaratmaq istədiyinə dair iddiaları qətiyyətlə rədd edir. Sallivan oktyabrın 5-da prezident Baydenin İsrailin təhlükəsizliyinə fundamental sadiqliyini bir daha vurğulayıb. Müşavir deyib ki, Vaşinqton Tehranın nüvə silahı istehsalına çatmasının qarşısını almaq əzmindədir.
Ağ Evin verdiyi bəyanatda deyilir: "Cənab Sallivan izah edib ki, bu administrasiya bu məqsədə çatmaq üçün ən yaxşı yolun diplomatiya olduğuna inanır. Amma eyni zamanda prezident aydın şəkildə bildirib ki, diplomatiya iflasa uğrasa, Birləşmiş Ştatlar başqa variantlara da üz tutmağa hazırdır".
Prezident Bayden İsrailin baş naziri Naftali Bennetlə avqust ayında görüşərkən buna bənzər mesaj vermişdi.
ABŞ-İsrail Strateji Məşvərət Qrupunun oktyabrın 5-də keçirilən görüşündə hərbi, kəşfiyyat və diplomatik rəsmilər iştirak edirdilər. Qərb dövlətləri artıq bir müddətdir ki, Tehranı Vyanada ABŞ-la keçirilən nüvə danışıqları masasına qaytarmağa çalışırlar. Lakin indiyədək 6 raundu keçirilmiş danışıqlar iyun ayından dayandırılıb. Həmin vaxt mühafizəkar İbrahim Rəisi İran prezidenti seçilib.
Tehran danışıqlara qayıdacağına dair bir neçə yayğın bəyanatlar verib. ABŞ rəsmiləri "diplomatiya baş tutmazsa, Vaşinqtonun hansı variantlara əl atacağı" barədə təfərrüatlı məlumat vermirlər. "Bu variantların arasında hərbi yol da varmı" sualına cavab olaraq ABŞ-ın vəzifəli rəsmisi "biz bütün zəruri addımları atmağa hazır olacağıq" cavabını verib.
Reuters agentliyi ekspertlərə istinadən yazır ki, Tehran vaxtı uzatmaqla və uranın zənginlik dərəcəsini artırmaqla danışıqlarda daha böyük güzəştlər əldə edəcəyini düşünür. Virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Tehrandan nüvə təhdidi
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
XƏBƏR LENTİ
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)





