İran

İranlı deputat ermənilərlə bağlı bəyanat verdi

17 May 2021 16:42
Baxış: 1 775
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctəba Zunnuri bəyanat verib.

Milli.Az xəbər verir ki, "sputnik"ə açıqlama verən Zunnuri Ermənistan mərzinin toxunulmaz qalmalı olduğunu və bölgədə hər hansı sərhəd dəyişikliyinə sərt cavab verəcəklərini söyləyib.

O bildirib: "İranın mövqeyi aydın və qətidir: biz bölgədə heç bir ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün qorunub-saxlanılmasından yanayıq. Habelə, sərhədlərimiz yaxınlığında bölgədən kənar hər hansı qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir qismini ələ keçirmək istəsələr və Ermənistanla olan mərzlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir".

Zunnurinin sözlərinə görə, İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.