İran

İran Qərbi Azərbaycanda hasar çəkir

20 Oktyabr 2024 20:46
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhədlərində hasarlar çəkməyə başlayıb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə İran ordusunun briqada generalı Əhməd Əli Qudarzi məlumat verib.

"Hərbi və təhlükəsizlik məsələlərinə görə, ən problemli ərazilər Pakistan və Əfqanıstanla sərhədlərdir. İrana narkotik axınının 80% buradan gəlir", - Qudarzi deyib.

Onun sözlərinə görə, layihənin məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, yanacaq və digər məhsulların qaçaqmalçılığının qarşısını almaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaqdır:

"Artıq Sistan və Bəlucistan, Rəzəvi Xorasan əyalətlərində divarların tikintisinə başlanılıb. Növbəti mərhələ qərb sərhədlərinin - İlam, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində sədlərin möhkəmləndirilməsi olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.