İran

Əmir Hüseynə 10 il həbs cəzası verildi

14 Oktyabr 2024 16:03
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu (Tətəlu) 10 il azadlıqdan məhrum edilib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminə bağlı "Mizan" saytı məlumat yayıb.

"Əmir Hüseyn Məqsudlu əxlaqsızlığı təşviq etməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ilkin instansiya məhkəməsinin çıxardığı hökmü təsdiq edib və iş hökmün icrası üçün Məhkəmə Qərarlarının İcra Şöbəsinə göndərilib", - məlumatda bildirilib.

Bununla yanaşı məhkəmə reperə "müqəddəsləri təhqir etmək" ittihamına görə əlavə 5 il həbs istəyib və bu ittihama görə də araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.