Mahmud Əhmədnejada qarşı sui-qəsd cəhdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran İslam Respublikasının iki dövr prezidenti olan Mahmud Əhmədinejad sui-qəsd cəhdinə məruz qalıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Iran International" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, Əhmədinejad tasua günü münasibətilə (aşuradan bir gün əvvəl) matəm mərasimində iştirak etmək üçün Zəncana yola düşməyə hazırlaşıb. Yola çıxmazdan əvvəl təhlükəsizlik xidmətinin rəhbəri onun "Toyota Land Cruiser"ini yoxlayıb və maşında kondisionerin nasazlığı səbəbindən Əhmədinejaddan digər maşınla getməsini xahiş edib. Həmin maşında isə sabiq prezidenti müşayiət edən mühafizəçilər olublar.
Ancaq Kərəc-Qəzvin avtomobil yolunun Abayık rayonundan keçərkən sürücü idarəetməni itirib: "Toyota" böyük sürətlə hərəkət edən digər avtomobillərin olduğu yolda aşaraq üç dəfə fırlanıb, sonra avtomagistralın ortasındakı beton maneəyə və "Peugeot" markalı başqa bir avtomobilə çırpılıb.
Əldə olunan məlumata görə, "Peugeot" avtomobilinin sərnişinlərindən biri xəsarət alıb və xəstəxanaya aparılıb. Xəsarətlərin ciddi olmadığı nəzərə alınaraq, o, ambulator müalicə alıb və evə buraxılıb.
"Toyota Land Cruiser"də olanların vəziyyəti barədə məlumat verilməyib.
Ehtimal olunur ki, avtomobilə bir gün əvvəl tam yoxlanışdan keçməsi üçün təhvil verildiyi müəssisədə müdaxilə olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"





