İran

İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyib

29 İyun 2024 21:07
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri - İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Cəlilinin namizədliyini "İslam İnqilabının İzləyiciləri Şəbəkəsi" mühafizəkar hərəkatı da dəstəkləyib.

İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.

İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.

Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.