Bu gün Təbrizdə bütün dövlət qurumları bağlı olacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Təbriz şəhərinin başçısı Yunis Fateh məlumat yayıb.
"Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşimin dəfn mərasiminin keçirilməsi ilə bağlı verilən qərara əsasən, mayın 23-də Təbriz şəhərində heç bir dövlət qurumu fəaliyyət göstərməyəcək", - Yunis Fateh əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun