İran

Milli geyimə görə Azərbaycan rəqsinə izn verilmədi

27 Fevral 2024 20:38
Baxış: 1 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində "Barış" musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə verilməyib.

Milli.Az  kult.az -a istinadən bildirir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Məlumata görə, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub.

Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb.

Rəqs qrupunun icrasına Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin mane olduğu bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.