İran

İranın nüvə obyekti o qədər dərindədir ki…

23 May 2023 11:13
Baxış: 1 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın nüvə obyekti yerin o qədər dərinindədir ki, ABŞ-ın hava hücumları çox güman, ora çata bilməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Assoşeyted Press"də yayılan məqalədə bildirilib.

"İranın mərkəzi hissəsindəki Zaqros dağlarının zirvəsi yaxınlığında işçilər yerin o qədər dərinliklərində nüvə obyekti tikirlər ki, ekspertlər və peyk görüntülərinin təhlilinə görə, bu, ABŞ-ın bu cür obyektləri məhv etmək üçün nəzərdə tutulan son silahının imkanlarından da kənardadır.

Planet Labs PBC-nin foto və videoları İranın nüvə proqramı ilə bağlı Qərblə qarşıdurması fonunda dəfələrlə təxribat hücumlarına məruz qalan Natanz nüvə sahəsi yaxınlığındakı dağda tunellər qazdığını göstərir", - xəbərdə qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.