İran

İranda 14 etirazçı 15 ilə qədər həbs edildi

19 Aprel 2023 18:36
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda noyabrda "Bəsic" üzvünün ölümündə ittiham olunan 14 etirazçıya hökm oxunub.

Milli.Az APA-ya istinadən bildirir ki, müttəhimlər arasında daha əvvəl edam cəzasına məhkum edilən Həmid Qarahasanlou ən uzun həbs cəzasını alıb, ona 15 il həbs cəzası verilib.

Hüquqşünaslar və hüquq müdafiəçiləri məhkəmələri ədalətsiz adlandırıb və hökmlərin tələsik və vəkil seçmək hüququ olmadan həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" silahlı dəstəsinin üzvü Ruhullah Əcəmian noyabr ayında Tehran yaxınlığındakı Kərəcdə etirazçılar tərəfindən bıçaqlanıb, döyülüb və aldığı xəsarətlərdən ölüb. İran İslam Respublikası Əcəmianın ölümünə görə, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni edam edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.