Molla rejimi azərbaycanlı qızları zəhərləyir: TƏFƏRRÜATLAR - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın fars molla rejimi növbəti etiraz aksiyaları ilə çalxalanır. Bu dəfə ölkənin gündəmi müxtəlif şəhərlərdə yaşanan zəhərlənmə faktları ilə dolub.
Telegram kanallarda yayılan son məlumata görə, Cənubi Azərbaycanın Təbriz və Bəsminç şəhərlərində İran rejiminin qəsdən kimyəvi zəhərlənməsi nəticəsində iki qız məktəbinin 49 qız şagirdi təcili olaraq xəstəxanaya göndərilib. Reaksiya göstərən tələbələr və onların ailələri rejim tərəfindən saxlanılır. İndiyə qədər ən azı 700-ə yaxın qızın zəhərləndiyi müəyyən edilib və yüksək səviyyəli iranlı rəsmilərdən biri qızların qəsdən hədəf alındığını etiraf edib. İlam şəhərində də şagird qızlar naməlum səbəbdən kütləvi şəkildə zəhərləniblər.

Tehranda və digər şəhərlərdə tələbə qızların zəhərlənməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Onlarla təhsil ocaqlarında qızların naməlum maddədən kütləvi zəhərlənməsinin əsl səbəbləri hələ də tam müəyyənləşdirilməyib. Maraqlıdır ki, İranın dövlət nümayəndələri bunu "İslam inqilabı düşmənlərinin" törətdiyini bildirir, sosial fəallar isə hakimiyyəti ittiham edirlər. Sonuncular vurğulayırlar ki, yüzlərlə tələbə qızın qəsdən zəhərlənməsi qızların təhsil almasını istəməyən ifrat islamçı qrupların əməlidir.
Dinin mərkəzi sayılan Qum şəhəri də kütləvi zəhərlənmənin episentrindədir. Sosial şəbəklərdə insanlar baş verənləri "müharibə" adlandırıblar. "Qumdakı qızlar liseyində bunları edirlər ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!"- deyə qadınlardan biri bildirib. Bəzi valideynlər zəhərlənmədən sonra uşaqlarının həftələrlə xəstə qaldığını deyir. Xəstəxanadan çəkilən başqa bir videoda yeniyetmə qızının yatağı yanında danışan ananı görmək olar. "Əziz analar, mən anayam və uşağım xəstəxana çarpayısındadır, onun əl-ayağında gücü qalmayıb", - deyə ana deyir.
Artıq İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib. Valideynlərin Təhsil Nazirliyinin qarşısında və məktəblərin önündə təşkil etdikləri etiraz aksiyaları hakimiyyət əleyhinə nümayişlərə çevrilib. Onlar inqiliab keşikçilərini İŞİD terrorçuları adlandıran şüarlar səsləndiriblər. Tehranla yanaşı, İsfahan və Rəşt şəhərlərində minlərlə insanın qatıldığı aksiyalar davam edir. Aksiyalarda İran rejimindən qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və əxlaq polisinin ləğv edilməsi tələb olunur.

BMT-nin Cenevrədəki insan hüqquqları ofisi, həmçinin ABŞ və Almaniya İran hökumətini qızların şübhəli zəhərlənməsi ilə bağlı obyektiv təhqiqat aparmağa çağırıblar.
Milli.Az xəbər verir ki, məktəbli qızlar arasında ölən olmayıb, lakin onlarla yeniyetmə tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanaya yerləşdirilib. Baş prokuror cinayət işi açdığını açıqlasa da, ancaq əlavə edib ki, mövcud dəlillərin yalnız "cinayət və qəsdən törədilmiş əməllərin" ola biləcəyini göstərir. Tehran, İsfahan, Səfadəşt, Kərəc, Məlard, Şəhryar və başqa bir neçə şəhərdə zəhərlənən qız şagirdlərin valideynləri etiraz aksiyaları keçiriblər. Aksiyaçılar hakimiyyətin şagirdlərin zəhərlənməsində əli olduğu barədə şüarlar səsləndirirlər.
İran adlanan dövlətdəki teokratik hakimiyyətin, klerikal molla rejiminin Güney Azərbaycanda yeniyetmə azərbaycanlı şagird və tələbə qızlara qarşı tətbiq etdiyi kimyəvi maddənin qaz formasında olduğu deyilir.

Həmin qaz zəhərdir və güneyli qızları gələcəkdə, ümumiyyətlə, ana olmaq imkanından məhrum edə bilər.
İrandakı molla rejiminin bu əməli faktiki olaraq azərbaycanlı qızların gələcəkdən məhrum edilməsi, beynəlxalq hüquqla bəşəriyyətə qarşı cinayət sayılan kimyəvi hücum və etnik zəminli terror aksiyasıdır.
İran adlı dövlətin hakimiyyəti soydaşlarımıza qarşı yürütdüyü etnik təmizləmə, seqreqasiya və soyqırım siyasətinin yeni mərhələsini həyata keçirməkdədir.
Dünya buna susmamalıdır.
Azər Nuriyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
XƏBƏR LENTİ
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)





