Türk əsilli, bir qolu iflic olan 1000 kişidən biri...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda xanımların "örpək inqilabı" başlayandan İnternetdə ən çox axtarılanlardan biri İranın Ali Dini Lideri Ayətullah Əli Xamaneyidir.
Milli.Az lent.az-a istinadən "Onu tanı" rubrikasında bu gün onun barəsində maraqlı məlumatları təqdim edir.
Əvvəlcə, "Ayətullah" nə deməkdir" sualına cavab verək.
Ayətullah İranda qəbul edilmiş dini dərəcədir. Şiəlik və Səfəvilik məzhəblərində istifadə edilir. Bu dərəcəni almış şəxslərin fətva vermək səlahiyyəti olur. Hazırda İranda 1000-dən çox kişi Ayətullah adını daşıyır. Başqa sözlə, Xamaneyi həmin min kişidən biridir.
O, 33 ildir bu vəzifədədir. Bununla da o Yaxın Şərqdə ən uzun müddət vəzifədə olan liderdir.
Seyyid Əli Hüseyni Xamenei 1939-cu il aprelin 19-da Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Xorasan fars ədəbi dilinin mərkəzi hesab olunur. Məşhəddə doğulsa da, ailəsinin kökləri Şərqi Azərbaycan vilayətinin Xamene şəhəri ilə bağlıdır. Atası Cavad Hüseyin Xamaneyi Təbrizdən Məşhədə köç edən Cənubi Azərbaycan türküdür. Bu səbəblə o türk, yəni Azərbaycan dilini çox gözəl bilir. Hətta Kərbəla şəhidləri üçün Azərbaycan dilində mərsiyə oxuduğunu əks etdirən videogörüntülər də var.
Onun sağ qolu iflisdir. Bu, ona siyasi mübarizəsinin ən ağrılı yadigarıdır. 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrilib.
O, Məşhəddə siyasət və fars ədəbiyyatının hakim olduğu mühitdə böyüyüyb. İran inqilabının öncüllərindən olan Əli Şəriətinin Məşhəddə yaşadığı zamanlarla üst- üstə düşən gənclik illərində qaynar həyat yaşayıb, siqar çəkdiyi, kaman çaldığı deyilir.
Səkkizinci sinifdəykən oxuduğu məktəbi buraxıb, Nəcəf və Qumda dini təhsil almağa başlayıb. Bir sıra din alimlərinin kitablarını araşdırıb.
Şah dönəmində onunla birlikdə həbs həyatı yaşamış jurnalist Huşəng Əsədinin dediyinə görə, o arıq, şən, çox danışan bir gənc imiş. Hüqo və Tolstoyu oxumağı sevirmiş.
Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə 6 dəfə həbs həyatı yaşayıb. Son dəfə 3 illik sürgün həyatı yaşadıqdan sonra o yenə mübarizəsinə davam eləyib və bu mübarizə şahənşahın devrilməsi ilə nəticələnib.
Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələri vardı. İnqilab Keşikçiləri ona qarşı olan müxalifətin aksiyalrını yatırmaq üçün istifadə edilirdi.
1981-ci ildə İran prezidenti Əli Rəcayi bombalı sui-qəsdə qurban gedib. Həmin ilin oktyabr ayında prezident seçkilərində Xamanei 16 milyon səs qazanaraq, prezident seçilib. 4 il sonra, 1985-ci ildə o yenidən prezident seçilib. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi olub.
Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varisi Hüseynəli Müntəziri ilə fikir ayrılığı vardı, buna görə Xomeyni öləndə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 1989-cu il iyunun 4-də, 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçib. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölməzdən əvvəl Xomeyninin varisi seçdiyi adam idi.
Xamenei 1979-cu il aprelin 14-dən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin də rəhbəridir. Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən səlahiyyətli şəxsdir.O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir.
Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin orduya və mediaya birbaşa və ya dolayısı ilə nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Xameneinin hakimiyyəti dövründə Qəzvin etirazları, tələbə etirazları, 2009-cu il prezident seçkiləri etirazları olub.
2017-18-ci illərdə, 2018-2019-cu illərdə İran etirazlarından sonra ölkədə jurnalistlər, bloggerlər dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılıblar. 2 aydır İranda əhali Ali Dini Liderin hakimiyyətindən narazılıq edir.
Ayətullah Xamenei özünü İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən hesab edir.
Özəl həyatı barədə məlumat çox deyil. 1964-cü ildə Xocəstə Badherzadəi ilə evlənib. 3 oğlu, 3 qızı var. Övladlarının adı Mojtaba, Xoda, Bosra, Məsud, Meysam Mustafdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
-
Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq
-
Müctəba Xameneinin müraciəti yayılıb
XƏBƏR LENTİ
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanır - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)





