Hadisə

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)

8 Sentyabr 2026 17:56
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Nissan" markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Fərhad saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.