Ölkə

Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)

8 Sentyabr 2026 22:37
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan "Gümrük Muhafaza Türkiye" verilişində kadrlar təqdim olunub.

Görüntülərdə Sabiha Gökçen Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. Qadın bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib:

"And olsun vermərəm, Qurban ətidir, burada nəsə yoxdur".

Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.