İran

İranlı mollanı özündən çıxaran Azərbaycan rəqsi: “Tərbiyəsizlikdi” - VİDEO

17 May 2022 16:54
8 Şərh     Baxış: 91 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Azərbaycandakı məktəblərin birində azyaşlı qızın rəqsi iranlı əxlaq polisinin "qəzəbinə" səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. Bildirilib ki, Cənubi Azərbaycan məktəblərindən birində oxuyan azyaşlı qızın Azərbaycan rəqsi sosial mediada yayılandan sonra İsfahan əyalətinin "Əxlaq polisi"nin rəisi Əhməd Abdullahinejad buna "Tvitter" hesabında münasibət bildirib:

"Azərbaycan rəqsi insan tərbiyəsi üçün heç nə vəd etmir. Məsələnin dini və qanuni tərəfini belə bir kənara qoysaq, məktəbin müdiriyyəti nəyi harada etmək lazım olduğunu, uşaq və yeniyetmələrin tərbiyəsi ilə necə məşğul olmağı başa düşməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.