İç siyasət

"Bu, nadir hallarda baş verir" - Pyerancelo Manzarolli

4 Sentyabr 2017 23:27
0 Şərh     Baxış: 3 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qol vurmağımız sevindirici haldı. Nəzərə alın ki, San Marino kiçik ölkədi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri San Marino yığmasının baş məşqçisi Pyerancelo Manzarolli deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olan "cırtdan ölkə" təmsilçisi 1:5 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı bunları deyib: "Komandamız yenilənib, çoxu gənc futbolçulardı. Oyundan razı qala bilmərəm. Amma sevindirici haldı ki, qol vurduq. Bu isə nadir hallarda baş verir".
 
- Digər ölkələrdən olan futbolçuları milliləşdirmək barədə düşünmürsüz?
- San Marinoda qaydalar olduqca sərtdi. Legionerlərin milliləşdirilməsinə icazə verilmir. Heyətdə yer alanların hamısı yerli futbolçulardı. Bu da bizim üçün şərəfdi.
 
- Azərbaycan yığması ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Həmin matçla müqayisədə millimizdə hansı fərqləri gördünüz?
- Azərbaycan futbol ənənələri olan ölkədi. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bunu bir daha isbatladı. San Marino isə kiçik ölkədi. Bizim meydandakı oyun qrupdakı ilk matçınız idi. Bəlkə də, ona görə komandanız tam formalaşmamışdı. Bu gün isə 5 qol vurdunuz. Təbii ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.