İç siyasət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müxalifət nə istəyir?"
14 Aprel 2011 20:26
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aprelin 17-də "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirməsinə icazə verməyib və aksiyanın Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini məsləhət görüb. İctimai Palata bundan əvvəl elan etmişdi ki, hökumət "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirilməsinə razılaşmasa, aksiya paytaxtın Sahil bağında təşkil olunacaq. Növbəti dəfə qarşıdurmanın baş verməməsi üçün hansı addımlar atılmalıdır?
- Bu sualın cavabı Azərbaycanın hər bir vətəndaşına aydındır. İnsanlar qarşıdurmanın yaranmasını istəmirlərsə, qanunun aliliyi prinsipini rəhbər tutmalıdırlar. Ayın 17-nə təyin olunan mitinqin təşkilatçıları və iştirakçıları Azərbaycanda hər şeyin qanunla nizamlandığını anlamalıdırlar. Onlar şıltaqlıqlara, iddialara son qoymalıdırlar. Onlara təklif olunan yerdə mitinqlərini keçirə bilərlər. Bu məsələdə heç bir məhdudiyyət olmayacaq.
Ancaq növbəti dəfə də başqa fikirdə bulunacaqlarsa, bu, cəmiyyətdaxili münasibətləri gərginləşdirməyə cəhd kimi qiymətləndirilməlidir. Deməli, onlar mitinq arzusunda olan adamlar deyillər. Məqsədləri cəmiyyətdə qarşıdurma, gərginlik yaratmaqdır. Bu da hansısa siyasi partiyanın fəaliyyət proqramına uyğun olan məsələ deyil. Əgər siyasi partiyadırlarsa və siyasi ardıcılları, dəstəkçiləri varsa, onlara təklif olunan yerdə gedib öz sözlərini deyə bilərlər. Həmin yerdə kütləvi informasiya vasitələri, televiziya jurnalistləri də olacaq. Yəni onlara təklif olunan yer Bakının mərkəzindən heç də uzaq deyil.
Müxalifətin istədiyi yerlər elə ərazilərdə yerləşir ki, insanlar həmin yerlərdə mitinqin keçirilməsinin tam əleyhinədir. Özlərinə hörmət edirlərsə, başqalarına da hörmət etsinlər. Bu insanlar anlamalıdırlar - mənim hüququm sənin hüququn başlayan yerdə bitir. İnsanları mitinqə çağıranlar bilirlər ki, onları dəstəkləyən yoxdur. Ona görə də ətrafdakı seyrçi insanlardan istifadə edib say çoxluğu yaratmaq istəyirlər.
Onların mitinqlərdəki çıxışları, istifadə etdikləri şüarların özü belə qətiyyən Azərbaycan gerçəkliyinə uyğun deyil. Azərbaycan müxalifəti nə istəyir? Görəsən, onlar özlərinə bu sualı veriblərmi? Onların məqsəd və vəzifəsi Azərbaycanın sabitliyinə, inkişafına xələl gətirməkdir, ölkəmizin beynəlxaq aləmdə nüfuzunun enməsinə çalışmaqdır, gəncləri qarşı-qarşıya qoymaqdır. Bəlkə müxalifət indiyədək Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi üçün bir proqramla çıxış edib? Yoxsa Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar təkliflə çıxış edib? İndiki müxalifət nə istədiyini özü də bilmir.
- İctimai Palata parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini, konstitusiyada dəyişiklik edilməsi üçün referendumun keçirilməsini, eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyulmasını, sərbəst toplaşmaq azadlığının təmin olunmasını, siyasi məhbusların azadlığa buraxılmasını, korrupsiyaya qarşı əsaslı mübarizə, iqtisadi, sosial islahatlar tələb edir...
- Bunlar hamısı qanunsuz tələblərdir. Mənə elə gəlir ki, heç onların hüquqdan anlayışları yoxdur. Necə ola bilər ki, parlamentin buraxılmasını istəsinlər? Parlamenti Azərbaycan xalqı seçib. Bu seçkidə milyonlarla seçici öz mövqeyini ortaya qoyub. İctimai Palatanın üç-dörd nüfuzu olmayan üzvü seçkidə uduzub deyə parlament buraxılmalıdır? Hansı seçici onun seçiminin üstündən xətt çəkib cəmiyyətə məlum olmayan İctimai Palatanın istəklərinin həyata keçirilməsinə razılaşar? Azərbaycan xalqı ən dəyərli insanları parlamentə seçib.
- Öz narazılığını bildirmək istəyən insanlara paytaxtın yalnız bir yerində - Bibiheybətdə yer ayrılması nə dərəcədə ədalətlidir?
- Bundan spekulyasiya üçün istifadə etmək lazım deyil. Bəli, Bakı gözəl, abad, böyük şəhərdir. Bakını müxalifətçilərin qırması, dağıtması üçün abadlaşdırmırlar, gözəlləşdirmirlər. Əgər müxalifət doğrudan da mitinq keçirərək öz fikrini söyləmək istəyirsə, ona verilən yerdən imtina etməməlidir. Onların mitinq keçirmək hüququ olduğu kimi başqa insanların da istirahət, asudə vaxtını səmərəli keçirmək hüququ var. Gəlin müxalifətlə birlikdə nümayişlərə çıxan insanların da, mitinq keçirilən ərazilərdə yaşayan, istirahət edən vətəndaşların da sayına baxaq...
- Gərginliyi azaltmaq üçün müxalifətlə dialoqa gedilə bilərmi?
- Yeni Azərbaycan Partiyası həmişə dialoqa hazır olan partiyadır. Vətəndaş həmrəyliyinə nail olmaq üçün Yeni Azərbaycan Partiyası həmişə müxalifət partiyaları ilə dialoq təklifində bulunub. Amma çox təəssüf ki, özünü müxalifət adlandıran bir qrup insan həmişə Yeni Azərbaycan Partiyasının dialoq təklifinə rədd cavabı verib. Çünki dialoqa gəlmək üçün Azərbaycanın maraqlarını hər şeydən üstün tutmaq lazımdır. Dialoqa gələrkən ortaya ağıllı, məntiqli, rasional təkliflər qoymaq lazımdır, iddialar yox.
- Mitinqlərdə iştirak edən 3 nəfər tələbə universitetlərdən qovulub. Onların 2-si hazırda həbsdədir. Milli Məclisin insan hüquqları komitəsinin sədri kimi bunu necə qiymətləndirirsiz?
- Biz bu məsələni araşdırırıq. Həbs məsələsində hüquq mühafizə orqanları öz mövqeyini ortaya qoyacaq. Biz Azərbaycanın heç bir gəncinin həbsinə sevinən insanlar deyilik, sevinmirik də. Azərbaycan gəncliyi iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq bizim gənclikdir. Biz də o gəncliyi çox yüksək qiymətləndiririk. Mən inanıram ki, Azərbaycan gəncliyi mitinqlərdə, meydanlarda yox, onun naminə bu qədər böyük işlər görən dövlətimizin yanında olacaq.
Elə bilməyin ki, biz o gənclərin taleyinə biganəyik. Biz inanırıq ki, həmin gənclər öz fəaliyyətlərinin, hərəkətlərinin nəticəsini çox gözəl anlayırlar və onların taleyi ilə əlaqədar qərar qəbul olunacaq. Hesab edirəm ki, onlara bir şans vermək lazımdır. Hər halda məsələ universitetdən qovulmaqla həll olunmasın. İnanıram ki, həmin gənclərlə söhbət ediləcək, onlara öz hərəkətlərinin nəticələri aydınlaşdırılacaq və hər şey yoluna düşəcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda WUF13-ün beşinci günü start götürüb
-
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
-
Qarabağ zəfərinin strateji ssenarisi Apreldə yazıldı - Azər Qarayev
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
-
Ceyhun Bayramovla Əraqçi arasında telefon danışığı olub
-
Xarici ölkələrdə mütəşəkkil cinayətkar qruplaşmaların qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlılar kimlərdir - DTX müəyyən etdi - VİDEO
XƏBƏR LENTİ
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO