Maraqlı

Ağır ağciyər xəstəliyinin müalicəsində yenilik

11 Dekabr 2021 06:04
0 Şərh     Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) ən ağır nəfəsalma sistemi xəstəliklərindən biridir.

Dünyada 65 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəlikdən əziyyət çəkən insanlar yerimə, pilləkənlə qalxma və s. adi hərəkətlər zamanı çətinlik çəkir, bir çox hallarda onların digər insanların köməyinə ehtiyacı yaranır.

Müalicə zamanı hormonal preparatlarla inhalyasiyalar və xüsusi məşqlər istifadə olunur. Çox vaxt xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün ağciyərin zədələnmiş hissəsi xaric olunur.

FoxNews xəbər verir ki, Fransa alimləri xüsusi metodika hazırlayıblar ki, bu metodikanın köməyi ilə XOAX-dan əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırmaq mümkün olacaq.

Alimlər xəstələrin ağciyərinə xüsusi kiçik spirallar daxil etmək təklif edir. Bu spirallar artıq 100 insan arasında sınaqdan keçirilib. Bunlardan bəzilərinə 20 spiral yeridilib.

Yarım ildən sonra xəstələrin vəziyyəti yoxlanılıb. Xəstələr alimlərə daha rahat nəfəs almağı, daha az öskürməyi haqqında xəbər veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.